Enerji içkilərindən istifadə KÜTLƏVİLƏŞİR – Gənclərdə sonsuzluq YARADIR?

Enerji içkilərindən istifadə kütləviləşməyə davam edir. Hətta məktəblilər də bu içkilərin alıcısına çevrilib. Təəssüf ki, valideynlər enerji içkilərini adi şirə kimi olduğunu düşünür və uşaqların istifadəsində ziyan görmürlər.

Enerji içkilərinin ziyanları və sağlamlığımızda yarada biləcəyi təhlükələrlə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq insanlar məsələnin ciddiliyini qəbul etmək istəmirlər. Bu içkilərin enerji verib-verməməsi isə hər zaman müzakirəli məsələ olub.

“Enerji içkisi orqanizmə enerji vermir”

Qida məsələləri üzrə ekspert Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bildirib ki, bu marketinq tələsinin qurbanları ciddi fəsadlarla qarşılaşa bilərlər.

“Enerji içkilərində enerji sadəcə onun adındadır. Heç də onun tərkibindəkilər insan orqanizminə enerji vermir. Enerji içkisinin istehsalı standartlara uyğun olmalıdır, amma enerji içkisi adı ilə satılan bir çox içkilərdə həmin standartlara riayət olunmur. Sadəcə olaraq, rəngli, qazlı və yaxud da dadlandırılmış şirə kimi satırlar. Ümumiyyətlə enerji içkilərinin içində vitaminlərdən, minerallardan hər hansı bir enerji verən bitkilərdən istifadə olunduğu göstərilsə də, bunlardan çox az, yaxud da onların kimyəvi dadlandırıcılarından istifadə edərək hazırlayırlar”.

Anidən enerji yüksəlməsi və azalması

Mütəxəssis enerji içkilərinin asılılıq yaratmasının səbəblərini bildirib.

“Enerji içkiləri insan orqanizminin 24 saatda istifadə edəcəyi enerjini 15 dəqiqə ərzində süni şəkildə oyadır, aktivləşdirir və insan da o anda sanki enerji aldığını düşünür. Birdən-birə enerji bitdikdən sonra insanlarda yorğunluq, diqqət əksikliyi yaranır. Bu da göstərir ki, həmin enerji içkisi süni şəkildə asılıq yaratmaqdan və süni şəkildə orqanizmin funksiyasını pozmaqdan ibarətdir”.

Enerji içkisi içmək azyaşlılarda hansı problemləri yarada bilər?

Ekspertin sözlərinə görə, enerji içkiləri diabet xəstələri, hamilə və süd verən qadınlar, ən əsası da azyaşlılar üçün təhlükəlidir.


“18 yaşına qədər insanlarda orqanizm hələ inkişaf prosesindədir. Onun tərkibindəki kimyəvi maddələr insan orqanizmində cinsi inkişafın və eyni zamanda əqli inkişafın da qarşısını alır və gələcəkdə yaddaşsızlıq, alzheimer kimi xəstəliklərə səbəb olur. Eyni zamanda da orqanizmin funksiyasını pozduğu üçün, qan-damar sisteminin pozduğu üçün ani ürək tutmalarına səbəb olur. Həmçinin tərkibindəki süni dadlandırıcılar, kafeyinin yüksək olması da həm kafeyin zəhərlənməsinə, dişlərin çürüməsinə, kalsium əksikliyinə gətirib çıxarır. Bundan başqa enerji içkilərinin tərkibində olan Jenşen bitkisi cinsi yetkinlik dövründə inkişafın qarşısını alır, bu da həmin dövrdə çox enerji içkisi içən gənclərin gələcəkdə sonsuzluqla qarşılaşmasına səbəb ola bilər”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Azərbaycanda 5-dən çox uşağı olan qadınların ən çox olduğu RAYONLAR

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Prezidentin Qırğızıstan səfərindən: “Bu müqaviləni xüsusi qeyd etmək istərdim” - VİDEO

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Marketdən çanta oğurlayan şəxs keçmiş məhkum çıxdı

Elcan Həsənov ilk görüşündə məğlub oldu

Elcan Həsənov ilk görüşündə məğlub oldu

End of content

No more pages to load

RADİO