Arvadını intihar həddinə çatdıran kişi HƏBS EDİLDİ

Ötən ilin iyununda Cəlilabadda həyat yoldaşını intihar həddinə çatdırmış kişi həbs edilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayon Göytəpə şəhərində baş verib.

Belə ki, şəhər sakini 55 yaşlı Mənsurə Bəbirovanın özünü asaraq intihar etməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onun əri 1968-ci il təvəllüdlü Daxil Şabıyev Cinayət Məcəlləsinin 125 və 128-ci (Özünü öldürmə həddi çatdırma, qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilib.

Məlum olub ki, Daxil Şavbıyevin ilk həyat yoldaşı 1999-cu ildə vəfat edib və onun 3 övladı qalıb.

Bundan sonra D.Şabıyev M.Bəbirova ilə evlənib. Geridə qalan illər ərzində, xüsusilə 2021-ci ildən etibarən D.Şabıyev arvadına qarşı amansız rəftar edib, onu mütəmadi döyüb.

Hadisə baş verməmişdən əvvəl də o, arvadını oğlunun, gəlininin yanında döyərək şərəf və ləyaqətini alçaldıb.

İyunun 15-də M.Bəbirova yaşadığı evdə bıçaqla özünə 6 dəfə xəsarət yetirərək intihara cəhd edib, lakin bıçaq daxilə nüfuz etməyib. Bir neçə saat sonra, yəni 16 iyun saat 01:30 radələrində isə 55 yaşlı qadın həyətdəki tövlədə özünü yaylığı ilə asaraq həyatına son qoyub.

Məhkəmədə Daxil Şabıyev özünü təqsirli bilib və arvadını döydüyünü etiraf edib.

Bir neçə gün əvvəl Cəlilabad Rayon Məhkəməsi D.Şabıyevə hökm oxuyub. Ona 4 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə istintaqı dövründə polisin nəzarəti altında olmaqla azadlıqda olan D.Şabıyev məhkəmə zalındaca həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

End of content

No more pages to load

RADİO