Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayışda yaralananların kimliyi açıqlanıb.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisədə 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev, 2007-ci il təvəllüdlü Ayxan Ramin oğlu Əliyev və 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, bu gün səhər saatlarında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşayış binasında partlayış baş verib.
Bizim.Media