“Regional İnkişaf” İctimai Birliyi Xankəndidə gənclərlə görüş keçirdi – FOTO

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən noyabrın 28-də Qarabağ Universitetində təhsil alan gənclərlə görüş keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüş iştirakçılarını salamlayan Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinin direktoru İradə Süleymanova Universitetin yaranmasının bir illiyi münasibətilə hər kəsi təbrik edib.

İ.Süleymanova gənclərin könüllü fəaliyyətlərə qoşulmasının onların yeni bilik və bacarıqlara yiyələnməsi, eyni zamanda sosial sahədə uğur qazanmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb.

Sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, həmçinin elm, təhsil, sosial, idman, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr barədə danışılıb, İctimai Birliyin fəaliyyətində könüllülərin rolu, onların fərdi inkişafı üçün görülən işlər haqqında təqdimat və müxtəlif tədbirlərdə iştiraklarını əks etdirən videoçarx nümayiş olunub.


Tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin Qarabağ regional bölməsinin Xankəndi şəhəri üzrə nümayəndəsi Ceyhun Əzizov iştirakçılara təqdim edilib.


C.Əzizov çıxışında könüllülük fəaliyyətinin müasir gənclərin sosiallaşması və fərdi inkişafındakı əhəmiyyətindən, könüllü kimi əldə etdiyi təcrübələrin ona qazandırdığı uğurlardan danışıb, gənclərə bu istiqamətdə tövsiyələrini çatdırıb, onları tələbəlik illərini daha yaddaqalan və səmərəli keçirmək, asudə vaxtlarını dəyərləndirmək üçün könüllü olmağa dəvət edib.

Qeyd edək ki, Ceyhun Əzizov uzun müddət “Regional İnkişaf” İctimai Birliyinin könüllüsü olmuş, İctimai Birliyin bir sıra layihələrinin icrasında yaxından iştirak etmişdir. Hal-hazırda isə Qarabağ Universitetində müəllim kimi fəaliyyət göstərir.


Tədbirin davamında “Regional İnkişaf” İctimai Birliyinin könüllü sıralarına qoşulmaq istəyən gənclərlə fərdi görüşlər keçirilərək qeydiyyatları aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Evlilikdə ən sadiq qalan 3 BÜRC

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

Tramp Braziliya Prezidenti ilə qapalı görüşdü - NİYƏ?

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

İranda Bəndər-Abbas limanına hücum: BƏƏ qırıcıları bombalayıb

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

ABŞ İraqa sanksiya tətbiq etdi - SƏBƏB

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Tramp Aİ-ni TƏHDİD ETDİ: İyulun 4-nə qədər vaxtınız var...

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

“Real”ın məşqində dava düşdü

“Real”ın məşqində dava düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda 8 yaşlı uşaq itkin düşdü

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

End of content

No more pages to load

RADİO