Şamaxıda yeni istifadəyə verilən 3 avtomobil yolu dağıldı -FOTOLAR

Şamaxı rayonunda yeni istifadəyə verilən 3i yol torpaq sürüşməsi nəticəsində dağılıb.

xa0

Rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub. Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb.

xa0

Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb.

xa0

Yerli sakinlər İlham Heybətov, Kəmaləddin Əliyev, Təbib Rəhimovxa0 bildirib ki, sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür: “Qarşısı tezliklə alınmazsa, yol qısa vaxtda tamamilə dağılaraq yararsız vəziyyətə düşəcək, avtomobillərin hərəkəti məhdudlaşacaq. Yolun bəzi hissələrində asfalt örtüyü 25-30 santimetr qabarıb ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında bu yoldan istifadə edən sürücülər çətinliklərlə üzləşirlər”.

xa0

Yerli sakinlərin sözlərinə görə, sürüşməyə məruz qalan bu yolda təhlükədən xəbər verən yol nişanlarının olmaması kəndlərə qonaq gələn sürücülərin qəza törətməsinə səbəb olur.

xa0

Bundan əlavə, yenidən qurularaq bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Şamaxı-Göylər Padarçöl yolunun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Yoldan hər gün istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun 7 hissəsində sürüşmə qeydə alınıb.

xa0

Yerli sakinlərin və sürücülərin sözlərinə görə, yolun çökməsinə səbəb son günlər yağan intensiv yağışlarla yanaşı, yolda hərəkət edən ağır tonnajlı avtomobillərdir. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidən qurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, hazırda isə rahat yolun istifadəyə verilməsinə baxmayaraq, ağır tonnajlı avtomobillərin sürüşmə zonalarından keçməsi səbəbindən yolun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər. Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə və torpaq sürüşməsinə nəzarətin artırılmasını istəyirlər.

xa0

Şamaxı-Göylər-Padarçöl yolundakı bu problemlə əlaqədar artıq aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

xa0

Qeyd edək ki, 6 ay öncə yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Ukrayna Rusiya ərazisindəki strateji hədəfləri vurdu – VİDEO

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Azərbaycanda hansı şəhərlərdəki köhnə binalar söküləcək?

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

Ukrayna Almaniya ilə birgə reaktiv dronların istehsalına başlayır – VİDEO

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

İt-pişiyə allergiyası olanlara şad xəbər – Vaksini yaradılır

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Rusiya dronu Kiyevdə Troyeşina bazarının yaxınlığına düşdü – FOTO

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Qazaxıstan rusiyalıları benzinsiz QOYDU

Bakıda ər-arvadın meyiti tapıldı

Bakıda ər-arvadın meyiti tapıldı

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

“28 Mall”ın yaxınlığında ağac aşdı – VİDEO

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

Balakəndə 43 yaşlı kişini sel apardı

Balakəndə 43 yaşlı kişini sel apardı

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

LİMAN ESTATE – BAKIDA YENİ YAŞAM STANDARTI

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

SON DƏQİQƏ! YAP-ın təşkilat sədri saxlanıldı

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

Şuşanın Kiçik Qaladərəsi kəndinə İLK KÖÇ – FOTO

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

“Zirə” braziliyalı müdafiəçi ilə ANLAŞDI

Bakı metrosunda iş saatı uzadılacaq

Bakı metrosunda iş saatı uzadılacaq

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Pərviz Şahbazova yeni VƏZİFƏ VERİLDİ

Xanımı Messini belə təbrik etdi – FOTO

Xanımı Messini belə təbrik etdi – FOTO

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

Şuşadakı abidələrin korlanması QADAĞAN EDİLDİ

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

"İçərişəhər"lə bağlı YENİ QADAĞA

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Yalçın Rəfiyev və Samir Şərifova fövqəladə və səlahiyyətli səfir rütbəsi VERİLDİ

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

Bir qrup diplomata diplomatik rütbələr verildi – ADLAR

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO