Rəisin keçmiş kürəkəni məhkəmə önünə çıxarıldı

Bir müddət öncə adı qalmaqallı hadisələrdə hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkəni Elşən Əsgərlinin məhkəməsi başlayıb.xa0
E.Əsgərli keşmiş arvadının indiki ərini döyməkdə ittiham olunur. Xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlı Nərimanov Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.xa0

İslam Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses aprelin 23-də davam etdiriləcək.xa0

İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.xa0

İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.xa0

E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.xa0

Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.xa0

Görüş zamanı O.Əhmədov E.Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olanxa0 Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.xa0

Yanacaqoldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib.xa0

Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
xa0
E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.xa0

Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsində bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub.

Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.xa0

Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.xa0

Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oktay Əhmədov ilə ailə qurub. Qüdrət Şükürov qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb. Ailə isə bu informasiyanın şişirdildiyini açıqlayıb. (Qafqazinfo)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı- “Boz kardinal”ın işinə görə

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı- “Boz kardinal”ın işinə görə

Tehranda mitinq zamanı Tramp və Netanyahunun fotoları yandırılır - VİDEO

Tehranda mitinq zamanı Tramp və Netanyahunun fotoları yandırılır - VİDEO

Maya Sandu Moldovanın Rumıniya ilə birləşməsinə RAZILIQ VERDİ

Maya Sandu Moldovanın Rumıniya ilə birləşməsinə RAZILIQ VERDİ

Azərbaycanda 8 dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda 8 dövlət qurumu LƏĞV EDİLDİ

“Sabah”ın hücumçusu komandaya nə vaxt qoşulacaq?

“Sabah”ın hücumçusu komandaya nə vaxt qoşulacaq?

Şəkidə ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

Şəkidə ehtiyatsızlıqdan ölüm faktı ilə bağlı cinayət işi BAŞLANDI

Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…

Zərərli səhər yeməklərinin SİYAHISI - Onlardan uzaq durun…

Deputat yerinə öz qızını TƏYİN ETDİ

Deputat yerinə öz qızını TƏYİN ETDİ

Şəkidəki ölüm hadisəsi ilə bağlı xəstəxanadan AÇIQLAMA

Şəkidəki ölüm hadisəsi ilə bağlı xəstəxanadan AÇIQLAMA

“Sumqayıt” Serbiya klubuna UDUZDU

“Sumqayıt” Serbiya klubuna UDUZDU

Avstraliya İran səfirini ölkədən QOVDU

Avstraliya İran səfirini ölkədən QOVDU

"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

"Komendant pulu" ləğv olunur: Binalarda pul yığımına dövlət nəzarəti gəlir

Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

Yasamalda evdən və avtomobildən oğurluq edənlər SAXLANILDILAR

Tezliklə çətin sınaqlarla qarşılaşacaq BÜRCLƏR

Tezliklə çətin sınaqlarla qarşılaşacaq BÜRCLƏR

"Neftçi" Misir klubu ilə QARŞILAŞACAQ

"Neftçi" Misir klubu ilə QARŞILAŞACAQ

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı BELƏ ÖDƏNİLƏCƏK

Paytaxtın bəzi küçələrində SIXLIQ VAR

Paytaxtın bəzi küçələrində SIXLIQ VAR

Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO

Xırdalan bazarında nöqsanlar aşkarlandı -FOTO/VİDEO

"İkinci əl" şkaf alan kişi içindən 7,5 milyon dollar PUL TAPDI

"İkinci əl" şkaf alan kişi içindən 7,5 milyon dollar PUL TAPDI

Güclü külək əsəcək – BU TARİXDƏ

Güclü külək əsəcək – BU TARİXDƏ

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ!

Dövlət hesabına xaricdə təhsil almaq istəyənlərin DİQQƏTİNƏ!

Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi – FOTO

Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi – FOTO

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu – FOTO

Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu – FOTO

Evlərdən oğurluq edən şəxslər SAXLANILDI

Evlərdən oğurluq edən şəxslər SAXLANILDI

End of content

No more pages to load

RADİO