Ali məktəblərdə hazırlıq qruplarının yaradılmasının gecikmə SƏBƏBLƏRİ

13 iyun 2017-ci il tarixində Milli Məclisin növbədənkənar iclasında “Təhsil haqqında” Qanunda dəyişikliklər layihəsinə əsasən, qanuna bu məzmunda 26.5-1 maddəsi əlavə edilib.

Həmin maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunurlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hazırlıq qruplarına keçid balını keçməyən, aşağı nəticə göstərərək ixtisas seçimində iştirak etməyən abituriyentlər qəbul ediləcəyi nəzərdə tutulub.xa0

14 iyun 2017-ci ildə isə Prezident İlham Əliyev “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib. Sənədə əsasən, 2018-ci tədris ilindən etibarən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. Lakin Təhsil Nazirliyindən mediaya verilən açıqlamada hazırlıq qrupları ilə bağlı planın dəyişdiyi və hazırlıq qruplarının növbəti tədris ilindən fəaliyyətə başlayacağı bildirilib.

Moderator.az xəbər verir ki, AzEDU.az prosesin bu qədər uzanmasıyla bağlı ilginc məlumatlar əldə edib.xa0

Bunun əsas səbəblərindən biri hazırlıq qruplarında təhsil alacaq oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlıdır. Çünki hazırki qanunvericiliyə əsasən yalnız bakalavr, magistr və doktorantura pilləsində oxuyanlara möhlət hüququ verilir. Hazırlıq qruplarında oxumaq istəyənlərin yaşının 17-18 civarda olduğunu nəzərə alsaq, onlara möhlət hüququnun verilməsi üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Əks halda hazırlıq qruplarında yalnız qızlar təhsil alacaq.xa0
Araşdırmamız zamanı o da məlum oldu ki, hazırda məsələ Nazirlər Kabinetində müzakirəyə çıxarılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi ilə Nazirlər Kabineti arasında mövzuyla bağlı müzakirələr davam edir. Görünən odur ki, bu tədris ilində nəzərdə tutulan məsələ həllini tapmayacaq.xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə gözəli SAXLANILDI

Türkiyə gözəli SAXLANILDI

Goranboyda avtomobil qadını vuraraq öldürdü

Goranboyda avtomobil qadını vuraraq öldürdü

Gümüşün qiymətində yeni REKORD

Gümüşün qiymətində yeni REKORD

29 dekabr necə yadda qalacaq?

29 dekabr necə yadda qalacaq?

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI – Bu TARİXDƏ

Güclü maqnit qasırğası XƏBƏRDARLIĞI – Bu TARİXDƏ

Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir? – VİDEO

Bazarlarda “hinduşka”nın qiyməti neçəyədir? – VİDEO

Bu qidaları acqarına qəbul etmək olmaz

Bu qidaları acqarına qəbul etmək olmaz

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Bugünkü MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Heydər Əliyev prospektində ağır qəza: Xəsarət alanalar var – VİDEO

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Ağdərə sakinlərinin NƏZƏRİNƏ: Təşvişə düşməyin!

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Sərnişin qatarı qəzaya uğradı: 13 ölü, 98 yaralı var – VİDEO

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 7 polis əməkdaşı yaralandı

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Rus bombardımançıları NATO SƏMASINDA – Avropa böyük savaşın BİR ADDIMLIĞINDA

Gələn həftə yenidən görüşəcəklər

Gələn həftə yenidən görüşəcəklər

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Mask: “Brüsseldə uşaqların hər dörddən üçü qeyri-avropa mənşəlidir”

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Hava Limanı yolunda sürət həddi bərpa edildi

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Ağdamda 2 avtomobil toqquşdu - Ər və arvad xəsarət aldı

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

Tramp: “Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsi hələ həll olunmayıb” - VİDEO

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

“Azeronline” sabit genişzolaqlı internet sürəti üzrə ölkə lideri oldu!

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Məşhur müğənninin bu FOTOSU hər kəsi şoka saldı

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

End of content

No more pages to load

RADİO