Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, “Kamaz” markalı yük avtomobili piyadanın üstündən keçib.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Əraziyə Xaçmaz rayonunun polis əməkdaşları cəlb olunub. Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu