Yaşayış binalarında yanğın halları ARTIR – Səbəb vətəndaş məsuliyyətsizliyidir, yoxsa...

Son zamanlar çoxmərtəbəli yaşayış binalarında müşahidə edilən yanğın hadisələri diqqət çəkir. Təkcə ötən həftə Bakının dörd rayonunda  - Xətai, Binəqədi və  Yasamaldakı yaşayış binalarında güclü yanğın baş verib. Xətai rayonunda baş verən yanğında 12 nəfər təxliyə olunub. Yasamaldakı yaşayış binasındakı yanğında isə 12 nəfər tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə 2024-cü ilin 9 ayı ərzində 1351 yanğın hadisəsi olub. Hadisələr zamanı 35 nəfər həlak olub, 163 nəfər xəsarət alıb. Bu da ötən illə müqayisədə yanğından həlak olanlar üzrə 9 nəfər və ya 35%, xəsarət alanlar üzrə 39 nəfər və ya 31% çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Xırdalandakı binada yanğının səbəbi tezalışan üzlüyüdür? – VİDEO


Bəs, yaşayış binalarında yanğınlar niyə artıb? Onlar əsasən, hansı səbəblərdən baş verir? Vətəndaş məsuliyyətsizliyi, yoxsa təhlükəsizlik tədbirlərinin zəif olması?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhlükəsizlik eksperti Orxan Musayevin fikrincə, yanğın hadisəsi 3 elementin - temperatur, yanar maddə və oksigen birləşməsindən yaranır:

“Buna yanğın üçbucağı da deyirlər. Oksigen havada mövcuddur, yanar maddə bərk materiallar, alışqan qazlar, mayelər, mətbəx yağları, elektrikdir. Temperatur da onların alışma dərəcəsidir. Yəni yanğın bu elementlərdən yaranır. Amma baş verməsinin səbəbləri müxtəlifdir.

Bu, insan səhlənkarlığı, elektrik naqillərinin qısaqapanması, kimyəvi maddələrin düzgün yığılmaması, elekrtik naqillərinin həddən atıq yüklənməsi, siqaretin təyin olunmamış yerlərə atılması, uşaqların alışqanla, kibritlə oynaması, yaxud da qəsdən törədilməsidir. Yanğınların səbəbləri aparılan tədqiqat nəticəsində bəlli olur.

Yaxşı olardı ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən baş verən yanğın hadisələrinin tədqiqatı nəticəsində aşkar olunmuş səbəblər açıqlanardı. Biz onda artıq ölkəmizdəki yanğın hadisələrinin hansı səbəbdən baş verdiyini  bilərdik”.

Ekspertin fikrincə, istər mənzildə, istər ictimai iaişə obyektlərində, istehsal müəssisələrində yanğın hadisələri ilə bağlı önləyici tədbirlər görülməlidir:

“Bunlar müəssisədə ilkin yanğınsöndürmə avadanlıqlarının təmin olunması, insanların təxliyəsi üçün təxliyə-evakuasiya planlarının təşkili və onların görünən yerlərdən asılması, könüllü yanğınsöndürmə dəstələrinin yaradılması, yanğına qarşı cavabdeh şəxsin təyin olunmasıdır. Eləcə də, mütəmadi olaraq işçilərin, insanların yanğına qarşı təlimlərlə maarifləndirilməsinin təşkilidir. Onlara yanğın baş verərsə, hansı addımı atmalı olduqları aşılanmalıdır. Yalnız belə kompleks tədbirlər görməklə yanğın hadisəsinin baş verməsinin qarşısını almaq olar.

Eləcə də bu və ya digər səbəbdən yanğın baş verərsə, onu ilkin mərhələdə söndürməyə çalışmaq əsas şərt olmalıdır. Çünki başlanğıc mərhələdə müdaxilə etdikdə yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınar. Bütün bunlar üçün də müsəssisələrdə yanğına qarşı hazırlıqlı vəziyyət yaradılmalıdır”.

Orxan Musayev onu da qeyd edib ki, insanlar evdə uşaqlarlarını yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırmalıdırlar:

"Eləcə də, məktəblərdə, tədris müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı qaydalar tədris olunmalı, şagirdlərə evakuasiya qaydaları öyrədilməlidir. Yalnız bu tədbirlərlərlə yanğınların qarşısını almaq və ya bu cür hadisələrindən minimum zərərlə xilas olmaq mümkündür”.

Fövqəladə Hallar Nazirliyindən isə Bizim.Media-ya bildirilib ki, baş verən hər yanğın hadisəsi ilə bağlı araşdırma aparılır:

“Son günlər Bakının 3 rayonunun yaşayış binalarında baş verən yanğınların konkret səbəbi aidiyyəti qurumları tərəfindən araşdırılır.

Yaşayış binalarındakı yanğınlar bir qayda olaraq, bəzi vətəndaşların səhlənkarlığı, habelə məişətdə standartlara uyğun olmayan elektrik və qaz cihazlarından istifadə, mənzildaxili elektrik avadanlığı sistemlərinin işinin pozulması və digər səbəblərdən baş verir”.

Qurumdan o da bildirilib ki, hər bir vətəndaş yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir:

“Vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, azyaşlı uşaqları evdə nəzarətsiz qoymamaq, elektrik cihazlarını uşaqlara həvalə etməmək, elektrik xətləri və uzadıcıları həddindən artıq yükləməmək, mənzildən çıxarkən elektrik avadanlığı və qaz cihazlarını şəbəkədən ayırmaq və söndürməyi unutmamaq, standartlara uyğun olmayan qaz cihazlarından istifadə etməmək, söndürülməmiş kibrit və siqaret kötüyünü eyvandan yerə atmamaq, mətbəx, eyvan və pilləkən qəfəslərində tezalışan yanar maddə saxlamamaq tövsiyə olunur”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Qızılın qiyməti 4200 dolları ötdü

Qızılın qiyməti 4200 dolları ötdü

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

“Qarabağ” Polşaya yollandı – FOTO

“Qarabağ” Polşaya yollandı – FOTO

End of content

No more pages to load

RADİO