Qalmaqallı Uşaq evində daha bir DƏHŞƏT – 5 uşaq qotur xəstəliyinə YOLUXDU

Xətai rayonunda yerləşən 3 saylı Uşaq evində kütləvi olaraq qotur xəstəliyinin yayıldığı bildirilir. Qeyd olunub ki, hətta uşaqlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.

Bizim.Media Uşaq evinin tabe olduğu Sosial Xidmətlər Agentliyi ilə əlaqə yaradıb. Agentliyin mətbuat katibi Murad Həşimov saytımıza açıqlamasında faktı təsdiqləyib.

Onun sözlərinə görə 5 uşaqda qotur xəstəliyi aşkarlanıb və müayinə, müalicə edilərək müəssisəyə qaytarılıb:

“Bir müddət öncə müəssisənin 5 nəfər sakininin 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində müayinəsi təşkil edilib”.

Murad Həşimov qeyd edib ki, müəssisələrimizdəki uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyatı səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

Uşaqlar qotura harda və necə yoluxub? Xəstəlik aşkarlandıqdan sonra müəssisə dezinfeksiya edilibmi” sualımıza isə Sosial Xidmətlər Agentliyindən belə cavab verilib:

“Sözügedən müəssisədə 24 oktyabr tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən lazımi dezinfeksiya tədbirləri görülüb”.

Uşaqların vəziyyətinə gəlincə...

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Qeyd edək ki, 3 saylı uşaq evi ilə bağlı bundan əvvəl də videoşikayət yayılıb. Görüntülərdə müəssisədə qalan yeniyetmələrdən biri iddia edib ki, orada uşaqlar normal qidalanmır, onlara quru çörək verirlər. Ötən il həmin uşaq evindən başqa bir yeniyetmə çok faktları açıqlamışdı. 

Bundan əlavə sözügedən Uşaq evi ilə bağlı 2022-ci ildə başqa bir dəhşətli faktın üstü açılmışdı. Bu səbəbdən ötən il tez-tez adı qalmaqallarda çəkilən 3 saylı Uşaq evinin dirüktoru vəzifəsindən azad edilmiş, yerinə başqa bir təyinat olmuşdu.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Qızılın qiyməti 4200 dolları ötdü

Qızılın qiyməti 4200 dolları ötdü

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

“Qarabağ” Polşaya yollandı – FOTO

“Qarabağ” Polşaya yollandı – FOTO

End of content

No more pages to load

RADİO