Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşdü – FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP-29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Zəfər Günü ərəfəsində Hərbi prokuror Xanlar Vəliyev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib. 

Hərbi Prokurorluqdan Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı ilə, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının birgə keçirdikləri tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib. 

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-mayor Müşfiq Məmmədov, general-mayor Akif Pirverdiyev çıxışlarında istiqlal yolumuzu və firavan istiqbalımızı nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların əldə edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar.

Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib. 

Habelə ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən ölkəmizdə keçiriləcək COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. 
 

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb. 


Tədbirdən sonra ağaclar əkilib. 






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

Paytaxtda nəqliyyat sıxlığı necə azalacaq? - Metrodan 88 milyon sərnişinlik böyük layihə

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Qızılın qiyməti 4200 dolları ötdü

Qızılın qiyməti 4200 dolları ötdü

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

“Qarabağ” Polşaya yollandı – FOTO

“Qarabağ” Polşaya yollandı – FOTO

End of content

No more pages to load

RADİO