Dönərin yararlılıq müddəti neçə saatdır?

Çiy dönər daşınması zamanı qanunvericiliklə nəzərdə tutulmuş baytarlıq sənədləri ilə müşayiət olunmalıdır. 

Bizim.Media xəbər verir ki, bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qərar qəbul olunmuş qərarda əksini tapıb. 

Qərara görə, hər bir çiy dönər partiyasının emal prosesi (ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi) havanın temperaturu +120C-dən yüksək olmayan şəraitdə eyni növbə ərzində həyata keçirilməli və həmin müddətdə ətin 70C-dən (quş ətinin 40C-dən) yüksək olmayan temperaturunun saxlanması təmin olunmalıdır.

Digər müəssisələrə göndərilməsi və ya dondurulmaya cəlb olunması nəzərdə tutulan çiy dönər ətə təsir etməyən və ətin xüsusiyyətini dəyişdirməyən, eləcə də çiy dönərin təsir edə bilmədiyi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmasda olan materialdan hazırlanmış vakuum, yaxud hava boşluğu qalmayan qablaşdırmalarda saxlanılmalıdır. 

Çiy dönərlərin dondurulması qablaşdırmadan dərhal sonra şaquli vəziyyətdə saxlanması təmin olunmaqla sürətli (şok) dondurma tunellərində -420C və daha aşağı temperatur şəraitində həyata keçirilməlidir.

Dondurulmuş çiy dönərlərin donunun açılması prosesi dönərin ən dərin orta nöqtəsində temperaturun 0°C ilə 4°C arasında olması şərtilə soyudulmuş vəziyyətə gətirilməsi, bu prosesdə yaranan suyun, əsasən çiy dönərin əzələ liflərinə, toxuma hüceyrələrinə və boşluqlarına daxil olması şəraitində suyun kənara mümkün qədər çox axmaması təmin edilməlidir.

Bunun üçün gigiyena qaydalarına əməl edilməklə və dönərin keyfiyyətinə mənfi təsirlərə yol verilməməklə temperaturu 18°C-dən yüksək olmayan durğun hava, təzyiqli hava axını, təzyiqli su buxarı-hava qarışığı üsullarından istifadə edilməlidir.

Dondurulmuş çiy dönərin saxlanması və daşınması -180C-dən yüksək olmayan temperaturda həyata keçirilməli və yararlılıq müddəti 3 aydan çox olmamalıdır. 
 

Təzə çiy dönərin hazırlandığı, habelə dondurulmuş çiy dönərin donunun açıldığı vaxtdan bişirməyə başlanmasına qədərki müddətdə saxlanması və daşınması +10C ilə +40C arasında olan temperaturda həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır. 


Təzə çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır. 

Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çoxu 12 saatdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail Livanın cənubunu VURDU

İsrail Livanın cənubunu VURDU

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Bakı yolları yenilənir: Hansı küçələrdə təmir başa çatıb?

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Hörmüz boğazında yeni dəniz marşrutları müəyyənləşir – Bəqai

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank "Modenis" MMC-nin lisenziyasını LƏĞV ETDİ

İki futbol klubunun adı dəyişdirildi

İki futbol klubunun adı dəyişdirildi

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Azərbaycandan keçməklə Ermənistana buğda göndəriləcək

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Alimlərdən maraqlı nəticə: Yemək zamanı çox su içmək iştahanı artırır - FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Makron: "Rusiya öz cinayətlərinə görə cavab verməlidir" – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Afrikada yeni TƏHLÜKƏ: Bu ağcaqanad sürətlə yayılır – FOTO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Ağacın altında qaldı, möcüzə nəticəsində sağ çıxdı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi dəyişdirildi

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Özünü mənzil alan müştəri kimi təqdim etdi - 5 min manatlıq qızıl oğurladı

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Moskvaya yaxınlaşan daha üç PUA məhv edildi – Sobyanin

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Hindistan Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən hüquq müdafiəçisini ölümlə təhdid etdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Yeni icra başçıları kollektivlərə təqdim edildilər - FOTO

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Sabah Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Qızılın qiyməti 4200 dolları ötdü

Qızılın qiyməti 4200 dolları ötdü

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Ronaldo milyonlar dəyərində “oyuncaq”larını göstərdi - FOTO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

Şəhriyar Əbilov dünyaca məşhur serialda - VİDEO

“Qarabağ” Polşaya yollandı – FOTO

“Qarabağ” Polşaya yollandı – FOTO

Xanəndə Aqil Məlikovun səhhəti ilə bağlı oğlundan AÇIQLAMA

Xanəndə Aqil Məlikovun səhhəti ilə bağlı oğlundan AÇIQLAMA

End of content

No more pages to load

RADİO