Alimpaşa Məmmədovun müavini şəhid bacısını təhqir etdi: “Sənin qardaşın nə iş görə bildi ki...” - VİDEO

Şəmkirin Ələsgərli kənd sakini, şəhid Zaur Nəbiyevin anası Lamiyə Nəbiyeva rayonun həbs edilən başçısı Alimpaşa Məmmədovun birinci müavini Qüdrət Nəbiyev tərəfindən təhqir olunduğunu iddia edir.

Bizim.Media xəbər verir ki, bu barədə şəhidin anası Lamiyə Nəbiyeva danışıb.

Bildirib ki, Şəmkir Rayon İcra Hakimiyyətindən dəfələrlə onunla əlaqə saxlayıb, ailəyə baş çəkmək istədiklərini deyiblər. 

“İcra hakimiyyətində işləyən Tural müəllim  içində vermişel, makaron, yağ olan  bağlama gətirdi. Gəldilər evin qəzalı vəziyyətdə olduğunu gördülər. Mən kimsədən ev istəməmişəm. O zaman mənim gözümə ev görünmürdü.  İcra nümayəndəsini göndərdilər, gəldi kağız verdi, dedi ki, təcili olaraq 3 gün ərzində evi tərk edin. Mən də dedim ki, Tural müəllim hara gedək? Cavab vermədilər. Sonra mənə zəng edib dedilər ki, icra hakimiyyətinə icra başçısı sizinlə görüşmək istəyir. Mən də getdim. Məni Alimpaşa Məmmədov deyil, 1-ci müavini Qüdrət Nəbiyev qəbul elədi. Tural isə deyirdi ki, səni başçının qəbuluna aparıram.

Otağa girəndə şalvarını çəkə-çəkə, əllərini ova-ova, ayağını ayağının üstünə qoyub “mən pis adamam ki" yüksək səslə qışqırırdı.

Deyirdi ki, başçı hər an dəyişə bilər, hər an gedə bilər, amma mən buradayam, mən sizin probleməri həll edəcəyəm. Sual etdi ki, nədir probleminiz? Dedim ki, mənim 18 yaşlı oğlum şəhid olub,  övladı belə qalmayıb. İstədiyim o oldu ki, Şəmkirdə küçələrdən birinə oğlumun adı verilsin, onun adı yaşasın.  Hətta bildirdim ki, bir bulaq çəkilsin,  onun xərcini də özüm ödəyərəm.  Birini çağırdı, dedi ki, get yaz. Sonra bildim ki, Qüdrət Nəbiyev 1 həftə əvvəldən başçının müavinliyindən çıxarılıb, təhsil şöbəsinin müdiri təyin olunub. Başladı ki, “sizin evinizin vəziyyətini görürəm, az qala deyim ki, gəlin bizim evdə yaşayın”. Bir tikinti şirkəti ilə uzun-uzadı danışıb “bunlara ev tikə bilərsənmi” dedi. Sonra da qızımdan soruşdu ki, işləyirsənmi? Qızım "Mən hərbiyə düzəlmək istəyirəm" dedi. Qüdrət Nəbiyev qızıma dedi ki, “Sənin qardaşın nə iş görə bildi ki, sən də gedib neyləyəsən? Uzağı gedəcəksən Kəlbəcərə, azərbaycanlı qadınların gündə birini əsir aparırlar, səni də əsir apara bilərlər. 1 aydan sonra minaya düşəcəksən, ya da orada ”voyenni" oğlanlar bilirsən hərbçi qızlara sataşır. Sonra da dedi ki, “sən də, anan da ərə gedin, bütün problemləriniz həll olunsun”. Qızım qalxıb cavabını vermək istədi, qoymadım. Bilmək istəyirik ki, bu adam bizi ora təhqir etməyə çağırıb?"

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

İkinci Liqa: “Göygöl” və “Şirvan” qalib gəldi, “Şəmkir”dən heç-heçə

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Prezidentin ünvanına təbriklər gəlməkdə DAVAM EDİR - YENİLƏNİB

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

Təranə toy qiymətini AÇIQLADI: “Rayona 10 minə…” - VİDEO

Slovakiya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Slovakiya Prezidenti İlham Əliyevi TƏBRİK ETDİ

Pivə haqqında BİLMƏDİKLƏRİNİZ: Kişi və qadınlara fərqli təsirləri…

Pivə haqqında BİLMƏDİKLƏRİNİZ: Kişi və qadınlara fərqli təsirləri…

Sabir Rüstəmxanlıya yeni vəzifə verildi

Sabir Rüstəmxanlıya yeni vəzifə verildi

Yaponiya 15 ildən sonra ilk dəfə Suriyaya yüksək vəzifəli nümayəndə göndərib

Yaponiya 15 ildən sonra ilk dəfə Suriyaya yüksək vəzifəli nümayəndə göndərib

Elmar Baxşıyev istefaya göndərildi

Elmar Baxşıyev istefaya göndərildi

Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirdi

Gəncədə oğurluq edən şəxs özünə xəsarət yetirdi

End of content

No more pages to load

RADİO