Vardanyanın şikayəti barədə QƏRAR VERİLDİ

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsdə saxlama müddətinin uzadılması ilə bağlı qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Vardanyan vəkili ilə birgə prosesdə iştirak edib. Onlar həbs qərarının ləğv edilməsini xahiş ediblər.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi R.Vardanyanın barəsində cinayət işinin materiallarını tədqiq edib, işin hallarını araşdıraraq yekun qərarını elan edib.

Qərara əsasən apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.

Qeyd edək ki, Ruben Vardanyan 2023-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin general-mayoru, 2020-2022-ci illərdə qondarma "Dağlıq Qarabağ respublikasının müdafiə ordusu" adlandırılan qanunsuz silahlı birləşmədə “komandanın birinci müavini” olmuş, çoxsaylı terror aktlarına, silahlı hücumlara rəhbərlik etməsinə və digər cinayət əməllərinə əsaslı şübhələr olan Manukyan David Azatinin şəxsən idarə etdiyi nəqliyyat vasitəsində Qarabağdan  qaçarkən Laçın rayonu ərazisində tutulub Bakıya gətirilərək istintaqa cəlb edilib. 
 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ilkin ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.


Məlum olduğu kimi, BBC və digər xarici media qurumları bir müddət əvvəl Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmiş, beynəlxalq təşkilatların bu barədə hesabatlarını yaymışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

End of content

No more pages to load

RADİO