Bu gün Güney Azərbaycanın Həmədan əyalətinin prokuroru Abbas Nəcəfi 15 nəfərin saxta spirtli içkidən zəhərlənərək öldüyünü açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə İSNA agentliyi yazıb.
Onun sözlərinə görə, Həmədan əyalətində ümumilikdə 100 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanalıq olub.
Prokuror qeyd edib ki, indiyədək saxta spirtli içkilərin satışına görə 8 nəfər həbs edilib.
Bizim.Media