Şəhid polkovnik-leytenantın atası vəfat etdi - FOTO

2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı, şəhid polkovnik-leytenant Sənan Axundovun atası Tahir Axundov oktyabrın 19-da vəfat edib.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, mərhum Tahir Axundov Beyləqan rayonunda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında son mənzilə yola salınıb.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov da həmin məzarlıqda dəfn olunub. Mərhum Tahir Axundov vəsiyyətinə uyğun olaraq oğlunun yanında torpağa tapşırılıb.

Sənan Axundov ailənin yeganə oğul övladı idi. O, Müdafiə Nazirliyində İnformasiya şöbəsinin sektor müdiri vəzifəsində xidmət etmişdi. Ailənin tək oğul övladı olmasına baxmayaraq, tutduğu vəzifədən imtina etmiş və könüllü şəkildə ön cəbhəyə getmişdi.

Sənan Tahir oğlu Axundov 1979-cu il sentyabrın 29-da Füzuli rayonunda anadan olub. 1993-cü ildə Axundovlar ailəsi Füzulidən məcburi köçkün düşüb. Sənan Axundov 1996-cı ildə Bakının Binəqədi rayonundakı 144 nömrəli tam orta məktəbi bitirərək, Ali Hərbi Məktəbə daxil olub. 2001-ci ildə Ali Hərbi Məktəbi bitirib və "N" saylı hərbi hissədə leytenant rütbəsində xidmətə başlayıb. 

2007-2009-cu illərdə Almaniya Federativ Respublikasının Hərbi Akademiyasında təhsil alıb. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

2012-2015-ci illərdə Almaniyada müxtəlif kəşfiyyat təlimlərində iştirak edib. 2012-ci ildə Türkiyədə hərbi təlim keçib.

2016-cı ildə Müdafiə Nazirliyindəki sektor müdiri vəzifəsindən imtina edərək könüllü şəkildə cəbhə bölgəsinə gedib. Onu kəşfiyyat bölüyünün komandiri təyin etmişdilər.
 

Sənan Axundov 2016-cı il aprelin 18-də "Aprel döyüşləri"ndən sonra Lələtəpə istiqamətində mövqelərimizin hansı vəziyyətdə olduğunu öyrənmək üçün ərazini yoxlamağa gedən zaman minaya düşən silahdaşını - polkovnik-leytenant Vüqar Əbdüləzimovu xilas edərkən özü də minaya düşərək ağır yaralanıb. Onu Füzuli rayonu ərazisində yerləşən hərbi hospitala çatdırsalar da, həkimlər zabitimizin həyatını xilas edə bilməyiblər.


"Aprel döyüşləri"nin son şəhidi - polkovnik-leytenant Sənan Axundov Beyləqanda yerləşən "Cərciz Peyğəmbər" məzarlığında torpağa tapşırılıb. Sənan Axundov Bakıdakı 34 nömrəli orta məktəbin direktoru Nəcibə Axundova ilə evli idi. Şəhidin Tahir adlı oğul və Nəzrin adlı qız övladı yadigar qalıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Bəzi məhsulların sənədi olmadan ölkəyə gətirilməsi QADAĞAN EDİLİR

Prezidentdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

Prezidentdən Bəxtiyar Aslanbəyli ilə bağlı SƏRƏNCAM

AZCON-a yeni səlahiyyət verildi - FƏRMAN

AZCON-a yeni səlahiyyət verildi - FƏRMAN

Ceyhun Bayramov İrpen şəhərinə getdi

Ceyhun Bayramov İrpen şəhərinə getdi

Davud peyğəmbərin sirri açılır: Qüdsdə tapılan yeraltı lağım tarixçiləri şoka saldı

Davud peyğəmbərin sirri açılır: Qüdsdə tapılan yeraltı lağım tarixçiləri şoka saldı

Trampın qəzəbli telefon zəngi Pentaqonu qarışdırdı - Fövqəladə iclas keçiriləcək

Trampın qəzəbli telefon zəngi Pentaqonu qarışdırdı - Fövqəladə iclas keçiriləcək

Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

Vətəndaşlara 7 ay ərzində 191 milyon manatdan çox vəsait geri ödənilib

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Astarada əməliyyat keçirildi – HƏBS EDİLƏNLƏR VAR - FOTO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçiririk

Sibiqa: Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə əlaqədar dərin kədər hissi keçiririk

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı daha çoxdur - MARAQLI STATİSTİKA

Qubada zəncirvari qəza törədən sürücülərin kimliyi AÇIQLANDI

Qubada zəncirvari qəza törədən sürücülərin kimliyi AÇIQLANDI

Niyə təkcə evlənməkdən imtina edən kişilər cəzalandırılır – BƏS QADINLAR?

Niyə təkcə evlənməkdən imtina edən kişilər cəzalandırılır – BƏS QADINLAR?

"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarıldı

"Qarabağ" - "Dinamo Kiyev" matçının biletləri satışa çıxarıldı

Övladın adına keçirilən ev sonradan bölünə bilər?- Açıqlama

Övladın adına keçirilən ev sonradan bölünə bilər?- Açıqlama

Bakıda ekspres avtobuslar niyə pulsuz olmayacaq?

Bakıda ekspres avtobuslar niyə pulsuz olmayacaq?

Nəriman Axundzadənin yeni müqaviləsinin detalları AÇIQLANDI

Nəriman Axundzadənin yeni müqaviləsinin detalları AÇIQLANDI

İsmayıllıda yeddi yaşlı uşaq vəfat etdi

İsmayıllıda yeddi yaşlı uşaq vəfat etdi

Azərbaycanda qumar asılılığının müalicəsi harada aparılır?-Rəsmi Açıqlama

Azərbaycanda qumar asılılığının müalicəsi harada aparılır?-Rəsmi Açıqlama

Biləcəri stansiyasından Ermənistana qatar yola düşdü

Biləcəri stansiyasından Ermənistana qatar yola düşdü

Azərbaycanlı sürücülər Gürcüstan gömrüyündə: Sənədləri alınıb, izahatsız SAXLANILIRLAR - FOTO

Azərbaycanlı sürücülər Gürcüstan gömrüyündə: Sənədləri alınıb, izahatsız SAXLANILIRLAR - FOTO

Mediaya ən qapalı deputatlar –SİYAHI

Mediaya ən qapalı deputatlar –SİYAHI

Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama

Vahid aylıq müavinət kimlərə verilir? - Dövlət Komitəsindən açıqlama

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı

End of content

No more pages to load

RADİO