Samur-Abşeron kanalının Şabrandan keçən hissəsində tapılan qadın meyitinin kimə məxsus olduğu açıqlanıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Xaçmaz rayon sakini, 29 yaşlı Kübraxanım Cəlil qızı Cəfərovadır.
O, oktyabrın 3-dən itkin düşmüşdü. Hazırda rayon prokurorluğu qadının hansı şəraitdə kanala düşməsini araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu