Ekoloqlar dünyadakı içməli suda kimyəvi maddələr aşkarlayıblar.
Bizim.Media-nın TASS-a istinadla xəbərinə görə, onlar planetin hər yerində içməli suyun perftorlu üzvi maddələrlə (PFAS) çirkləndiyini bildiriblər.
Mütəxəssislər Çin və Böyük Britaniyadan, eləcə də 15 ölkədən alınmış qablaşdırılmış suları analiz ediblər. Çin və Böyük Britaniyadan alınan kran suyu nümunələrinin 99%-də, həmçinin qablaşdırılmış su nümunələrinin 63%-də kimyəvi maddələrin olduğu bəlli olub.
Alimlər bildirirb ki, təhlillər Yer kürəsində suyun kritik səviyyədə çirklənməsini göstərir.
O da qeyd olunub ki, suyu bu maddələrdən qaynatmaqla və ya filtrlərdən istifadə etməklə təmizləmək olar.
Alimlər hesab edirlər ki, bu maddələr qalxanabənzər vəzin və reproduktiv sistemin fəaliyyətini poza və onkoloji fəsadlar yarada bilər.
Bizim.Media