"TikTok"da 181 nəfəri aldadıb pullarını TALADI: Rəsmi maaş da verirmiş - FOTO

"TikTok" sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid və zərərçəkənlərin ifadələri dinlənilib.

Şahid Nigar Fəxrəddinli məhkəmədə bildirib ki, Toğrul Kərimovun tabeçiliyində ofisdə çalışıb:

"Mən sosial şəbəkədə iş axtarmaq məqsədilə elan paylaşmışdım. Toğrul müəllim məni ofisə dəvət etdi. Məni köməkçisi qarşıladı, katibə işini təklif etdi. Yazı-pozu işi ilə məşğul olurdum. Elanla gələn müştəriləri qəbul edib, məlumatlarını toplayırdım. Mənə rəsmi olaraq 700 manat maaş verirdi. Demişdi ki, dənizdə işləməklə bağlı elan paylaşmışıq, ona görə gələnlər olacaq, onları qəbul etmək lazımdır. Orada işlədiyim müddətdə insanlardan müxtəlif məbləğlərdə pul alıb Toğrul müəllimə vermişəm".

Zərərçəkən Famil Cəfərov ehtiyatda olan zabit olduğunu bildirib:

"Dostum dedi ki, Nərimanovda belə bir iş var. Yaxınlaşdım ofisə, dedilər ki, sertifikat alacaqsan. Ona görə də 430 manat ödədim, sonra dedilər ki, iclas olacaq, deyərik, gələrsiniz. Sonra çağırmadılar. Dedilər ki, bunlarla bağlı narazılıqlar var. Ondan sonra bildim ki, məni aldadıblar.

Digər zərərçəkən Samir Bəhramov bildirib ki, iş barədə ona qonşusu deyib:

"Getdim ofisə, Arzu xanımla görüşdüm. Mən oraya ilməkçi işinə getmişdim. Orada dedilər ki, səni mexanik kimi götürə bilərik. Dedilər ki, sənə sertifikat lazımdır. Buna görə məndən 330 manat pul istədilər, mən də verdim. Sonra basa düşdüm ki, bunlar məni aldadıblar".

Zərərçəkən Ramin Məmmədov da Toğrul Kərimovu sosial şəbəkələrdən tanıdığını qeyd edib. Ofisə gedərək orada işçi olan Ülviyyə xanıma özü və həyat yoldaşının işə qəbul olunması üçün 760 manat verib.Təqsirləndirilən Toğrul Kərimov isə zərərçəkənlərin heç biri ilə pul sövdələşməsi etmədiyini deyərək, ittihamları qəbul etməyib.
 

Qeyd edək ki, "TikTok" sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin "yüksəkmaaşlı iş" və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.


Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub.

O, zərərçəkənləri şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib.

T.Kərimovun barəsində Cinayət Məcəlləsinin "Dələduzluq" maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Cənazə namazında mərhuma haqqını halal etmədi – VİDEO

Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

Dünyanın ən ləzzətli çörəkləri bu ölkələrdəymiş - FOTO

Moskvada Qələbə paradında yalnız 3 xarici ölkə prezidenti iştirak etdi – ADLAR - VİDEO

Moskvada Qələbə paradında yalnız 3 xarici ölkə prezidenti iştirak etdi – ADLAR - VİDEO

“İnstagram istifadəçilərinə pis xəbər – şəxsi mesajlara çıxış mümkün olacaq

“İnstagram istifadəçilərinə pis xəbər – şəxsi mesajlara çıxış mümkün olacaq

II Dünya Müharibəsinin həyatda olan 13 veteranından biri – Qaflan Ömərovun DÖYÜŞ YOLU – VİDEO

II Dünya Müharibəsinin həyatda olan 13 veteranından biri – Qaflan Ömərovun DÖYÜŞ YOLU – VİDEO

Fatma Mahmudova Ruhəngiz Allahverdiyevaya görə efirə gəlmədi – VİDEO

Fatma Mahmudova Ruhəngiz Allahverdiyevaya görə efirə gəlmədi – VİDEO

Günə gümrah başlamaq üçün İDEAL RESEPT – Bir stəkan içmək kifayət edir

Günə gümrah başlamaq üçün İDEAL RESEPT – Bir stəkan içmək kifayət edir

Yol polisindən rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Yol polisindən rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

“Qəbələ” “Qarabağ”ı, “Sumqayıt” “Araz Naxçıvan”ı qəbul edir

“Qəbələ” “Qarabağ”ı, “Sumqayıt” “Araz Naxçıvan”ı qəbul edir

VI “Qızıl Şah” Kulinariya Çempionatının qalibləri bəlli oldu – FOTO

VI “Qızıl Şah” Kulinariya Çempionatının qalibləri bəlli oldu – FOTO

Dünyanın ən nəzakətli ölkələri açıqlandı - İLK BEŞLİK

Dünyanın ən nəzakətli ölkələri açıqlandı - İLK BEŞLİK

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Rusiyadan Avropaya “Oreşnik” TƏHDİDİ

Qurban Qurbanov Türkiyə klubunda?

Qurban Qurbanov Türkiyə klubunda?

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi – FOTO/VİDEO

Prezident və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi – FOTO/VİDEO

Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

Kommunal ödənişləri vermədiyi üçün yaşadığı evdən çıxarıldı

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda – FOTO/VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda – FOTO/VİDEO

Hantavirus aşkarlanan gəmidə 24 gün qaldı, sonra toya qatıldı

Hantavirus aşkarlanan gəmidə 24 gün qaldı, sonra toya qatıldı

Mingəçevirdə hoteldə yanğın -VİDEO

Mingəçevirdə hoteldə yanğın -VİDEO

Putin: “Bütün NATO blokunun dəstəklədiyi düşmənlə döyüşürük” – VİDEO

Putin: “Bütün NATO blokunun dəstəklədiyi düşmənlə döyüşürük” – VİDEO

Bu 8 vərdiş əhvalınızı YAXŞILAŞDIRACAQ

Bu 8 vərdiş əhvalınızı YAXŞILAŞDIRACAQ

Moskvada qələbə paradı – VİDEO

Moskvada qələbə paradı – VİDEO

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO

Bütün Amerika bu toydan danışır: “Belə mənzərəni ancaq hind filmlərində görmüşdük...” – FOTO

Azərbaycan nefti kəskin BAHALAŞDI

Azərbaycan nefti kəskin BAHALAŞDI

"Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisiant CƏZALANDIRILDI

"Xarı Bülbül" restoranında DAVA: Həmkarını döyən ofisiant CƏZALANDIRILDI

End of content

No more pages to load

RADİO