Azərbaycanda peşəkar, ixtisasını bilən kütləvi müəllim ordusunun formalaşmasında TQDK-nın (DİM) rolu var.xa0
Məhz repititor kimi qəbul imtahanlarına abituriyent hazırlaşdıran müəllimlər ixtisasını daha dərindən mənimsəyir, üzərində çalışır, yenilikləri öyrənir, testlər hazırlayır. Amma repititorluqla məşğul olmayan müəllimlər bunun az hissəsini edir.
DİM indi də yeni standartlar əsasında həm özü üçün, əsas da müəllimlərin uzun müddət ərzində başa düşmədiyi kurikulum ilə müəllimlərin təliminə - marker təliminə başlayıb.xa0
Əlbəttə ki, bu təlimlər ödənişlidir. 100 manatdır. Əslində normal qiymətdir.
Onların təlimləri faydasız olmaz. Əsas da məhz onlar hansı standartlardan qəbul imtahanlarında istifadə olunacaq, qiymətləndirmə meyarları kimi vacib nüanslar təlim iştirakçılarına öyrədiləcək.xa0
Qısası, əslində ali təhsil müəssisələrində öyrədilməli olanı DİM öyrədəcək.xa0
Çünki orta məktəb müəllimləri bu standartların tələblərinə uyğun demək olar ki, tədrisi qura bilmir və ya düzgün tətbiq etmir.xa0
Pedaqoji kadrların hazırlanması ilə məşğul olan universitetlər kurikulum barədə ya dərs keçmir, ya da işini ancaq standartları əzbərlətməklə bitmiş hesab edir.
Kamran Əsədov, təhsil eksperti