Balakəndə qəza baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Balakən rayonunun İtitala kəndində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan, Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011” markalı maşınla toqquşub, daha sonra isə divara dəyib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu