Dekabr ayında Milli Məclisin Səhiyyə Komitəsi, TƏBİB, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi ilə birgə kənd yerlərində tibb məntəqələrinin vəziyyəti ilə bağlı dinləmə keçiriləcək.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bugünkü iclasında deyib.
O bildirib ki, kənd yerlərində tibb məntəqələri bərbad vəziyyətdədir:
“Regionlarda, kəndlərdə tibb məntəqələri ciddi problemdir. Kəndlərdə tibb məntəqələrinin maddi texniki bazası yoxdur. kadr çatışmazlığı var, məntəqələr bərbad vəziyyətdədir”.
Günay Şahmar, Bizim.Media