“Zibil daşınmasında bələdiyyələrin heç bir rolu yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bəzən vətəndaşlar tullantıların daşınmamasına görə bələdiyyələri günahlandırırlar:
“Bu məsələnin bələdiyyəyə aidiyyatı yoxdur. Bunun üçün vətəndaş pul ayırırsa, bu başqa təşkilatlara, başqa şirkətlərə gedir”.
Günay Şahmar, Bizim.Media