“Şlyapa Zahid” Nəcməddin Sadıkovu məhkəməyə çağırdı

Müdafiə Nazirliyinin bu dəfə 42 milyonluq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda “Şlyapa Zahid” ləqəbli məşhur zabit sərbəst ifadə verib.

Qeyd edək ki, Zahid Niftəliyev “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 42 milyon 470 min 885 manat kredit götürüb. O, həmin krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurmağa görə mühakimə edilir, amma ittihamları qəbul etmir.

İlk baxış iclasında onun vəkili törədilən cinayətdə Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırıb. Deyib ki, 24 milyonun köçürüldüyü şirkət əslində müvəkkili Niftəliyevin, yox Sadıkovundur. Vəkil bu məsələlərə aydınlıq gətirməsi üçün Nəcməddin Sadıkovu məhkəməyə çağırıb.

Bu prosesdə “Şlyapa Zahid” də vəkilinin dediklərini təsdiq edib. İfadəsində deyib ki, Nəcməddin Sadıkovun xahişinə görə adına şirkət açılmasına razı olub. Amma şirkətin sonradan yeyinti məqsədilə istifadə edilməsindən məlumatsız olub:

“Bir işlə bağlı Sadıkovun qəbuluna girmişdim. Söhbət əsnasında dedi ki, bəs bizə önəmli bir iş görmək üçün şirkət lazımdır. Mərhum vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən işlər görməli idi. Bu işləri reallaşdırmaq üçün də şirkət lazım idi. Məhz bu səbəbdən razı oldum. Fazil Məmmədov vəfat edəndən sonra bilmişəm ki, mənim üstümdən oyun oynayıblar”.

Niftəliyev özü də məhkəmə zalından Nəcməddin Sadıkova müraciət yollayıb, ondan hər şeyi danışmasını istəyib:

“Bankdan 42 milyon götürülüb. Bu qədər pulu mənə kim verə bilərdi? Oradan mənə 40 manat da çatmayıb. Demirəm ki, Nəcməddin Sadıkov, ya Fazil Məmmədov yeyib. Amma onlar bilirdilər. Nəcməddin Sadıkovdan xahiş edirəm, gəlib danışsın”.

“Amma sənədlərdə sizin imzalarınız var”, dövlət ittihamçısı deyib. Niftəliyev bunu təsdiq edib. Onun sözlərinə görə, bankda imzalar atıb, amma pul söhbətindən xəbərsiz olub.

“Şlyapa Zahid” sonda Fazil Məmmədovun müşaviri olmuş Mahir Rəfiyevin otağında baş tutan toplantıdan söz açıb.

Məhkəməyə sədrlik edən hakim Novruz Kərimov bu yerdə iclası dayandırıb. 

Prosesin davamı qapalı keçirilib.
 

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.


Onu da əlavə edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - VİDEO

Uşağın əlindən "iPhone 16"sını alıb "20 Yanvar"da satdı - VİDEO

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Ceyhun Bayramov

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir - Ceyhun Bayramov

Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycana dair arxiv sənədlərlə tanış oldu – FOTO

Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycana dair arxiv sənədlərlə tanış oldu – FOTO

Bərdədə açıq sahədə yanğın –VİDEO

Bərdədə açıq sahədə yanğın –VİDEO

Məhərrəmlik bitir: Toy qiymətləri ARTACAQ? - Şadlıq saraylarında SON VƏZİYYƏT

Məhərrəmlik bitir: Toy qiymətləri ARTACAQ? - Şadlıq saraylarında SON VƏZİYYƏT

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilən Fəxrəddin İsmayılov kimdir? -DOSYE

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilən Fəxrəddin İsmayılov kimdir? -DOSYE

Tahir Kərimliyə ağır itki

Tahir Kərimliyə ağır itki

End of content

No more pages to load

RADİO