COP29 tədbirində xidmət göstərmək üçün 40-a yaxın təcili tibbi yardım briqadası təyin olunub.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, gündəlik çağırış sayının çoxluğunu nəzərə alaraq, axsama olmaması üçün Bakı şəhərində 24 saat xidmət göstərməyə çalışılacaq.
Bundan başqa, COP29 -da iştirak edən briqadaların artıq hamısının təlimlərə başladığını, onların tibbi təlimlə yanaşı, ingilis dili ilə bağlı da təlimlərə cəlb olunduğunu qeyd edib.
Günay Şahmar, Bizim.Media