Bakı şəhər yollarında avtobuslar üçün çəkilən xüsusi zolaqlardan təcili tibbi yardım maşınlarının da istifadəsi ilə bağlı danışıqlar gedir.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub:
"Hələki qərar verilməyib. Qərarın pozitiv olacağına inanırıq. Təcili tibbi yardım avtomobilləri üçün xüsusi zolaq çəkdirmək istəmirik".
Günay Şahmar, Bizim.Media