Evlənmək istəyən oğul anasını əsa ilə DÖYDÜ

Astara rayonunda 1990-cı il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Zəminəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin avqustun 10-da Astara rayonunun kəndlərindən birində baş verib.

Pərviz həmin gün gecə saat 2 radələrində fərdi yaşayış evində anası Zəminə ilə aralarında olan ailə münasibətləri zəminində yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə əsa ilə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Pərviz barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş Zəminə onun anasıdır, bir həyətdə ayrı evlərdə yaşayırlar:

"Son dövrlərdə anamla evlənməyim ilə bağlı mübahisələrimiz yaranır. Avqustun 10-da, gecə saat 2 radələrində yaşadığım evə gəldim. Həmin vaxt sərxoş vəziyyətdə olmuşam. Evə gəldikdə anam Zəminə gec gəldiyim üçün mənimlə mübahisə etməyə başladı. Anama bildirdim ki, 35 yaşım var, uşaq deyiləm. Mübahisə zamanı yenə evlənməyim barədə söhbət açıldı.

Evlənmək istədiyimi dedim. Anam isə mənim ailəyə baxa bilməyəcəyimi dedi. Anamın bu sözündən əsəbiləşdim və onun əlində olan əsanı alaraq bir neçə dəfə ayaq və bel nahiyələrindən vurdum".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zəminənin sözlərinə görə, son dövrlərdə oğlu Pərviz spirtli içki içdiyi üçün onunla mübahisələri olur:

"Avqustun 10-da, gecə saat 2 radələrində Pərviz yenə içkili vəziyyətdə evə gəldi. Oğluma bunu irad bildirdim. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı oğlum hirslənərək əlimdəki əsanı götürdü, ayaq və bel nahiyələrimdən vurdu. Mübahisə bir neçə dəqiqə davam etdi. Münaqişə zamanı xəsarət aldım. Pərviz əsa ilə vuraraq mənə xəsarət yetirdi".

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Pərviz cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

End of content

No more pages to load

RADİO