Əhalinin DİQQƏTİNƏ: Paytaxtın bu əraziləri SÖKÜLƏCƏK!

Son vaxtların ən mühüm problemlərindən biri də Bakının bəzi ərazilərindəki evlərin sökülməsidir. Əsasən də bu məsələ paytaxtın “Sovetski” və “kubinka” adlanan ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdir oradakı evlərin söküləcəyi deyilir.

Bəs, bu məsələ niyə illərdir ki, uzanır? Burada hansı səbəblər rol oynayır?


Bizim.Media
xəbər verir ki, məsələ ilə əlaqədar Ajans.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, artıq söküntü işləri başlayıb:

“Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin “Sovetski” ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb”.

Ekspert həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub:

“Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.

Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.

Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının baş planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

End of content

No more pages to load

RADİO