Mübariz üçün darıxan ürək...

“Mübarizi Vətənə qurban verdik, amma bu bizim vətən borcumuz idi. O, elə böyümüşdü ki, torpağı müdafiə etməkdən başqa yol görmürdü.”

Bu sözlər oğlu şəhidliyi ilə işğal buzunu əridən, özü isə bir şəhid atasının gerçək obrazını yaradan Ağakərim İbrahimova məxsusdur. Mübarizin yoxluğuna, Mübarizsiz illərə ürəyi tab gətirən Ağakərim kişinin qəlbi üzləşdiyi tibbi problemlərə rəğmən həm də Mübarizin qisası alınan günlərdə sinəsinə sığmırmış.
 

MÖVZU İLƏ BAĞLI:

Mübariz İbrahimovun atası VƏFAT ETDİ


Sən demə, ilk beş kəndimiz azad olunanda, Füzuli, Qubadlı azad olunanda, 30 ildə xaraba qoyulan Ağdama əsgərimizin çəkməsi dəyəndə yaşadığı sevincə ürəyi dözmürmüş.

O, Mübarizin seçdiyi yola, şəhidlik qərarına öz qərarı kimi baxırdı:

“Onun qərarı mənim qərarım idi, biz bu torpaqların oğluyuq və bu torpaqlar bizdən nə tələb edirsə, onu verməyə hazırıq”.

Mübarizin şəhidliyindən başlayaraq Xankəndinə bayraq sancılana qədər olan tarixə qızıl hərflərlə yazılmış illərdə bir şəhid atası kimi məhz o, bayrağımızın qələbəmizin simvolu kimi ucaldılacağına inandı, bizi də inadırdı. O şəhid atası kimi Mübarizdən sonra şəhadətə ucalan minlərlə qəhrəmanın atasına nümunə olmağı bacardı.

Ağakərim İbrahimov həm də xalqımız üçün bir simvol idi. O, sadə, amma qürurlu bir həyat sürdü.

Təvazökarlığını itirmədi...

“Bir oğul itirdim, 50 milyonluq doğma qazandım” deyirdi Ağakərim kişi. Milyonlara azərbaycanlının sevgisi, sayğısı idi bu illərdə onu ürəklə yaşadan.

Mübariz İbrahimovun sonuncu şəhidlik ildönümündə sadə kənd həyətində xatirə gününə gəlmiş adamların içində qəfildən gördüm ki, o, hamını unudub evinin damında yuva qurmuş qaranquşun uçuşuna baxır. Üzündə qəribə təbəssümlə qaranquşun gedişini, yuvaya sarı uçuş trayektoriyasını izləyirdi.


Bu gün o, da yuvasını tərk etdi. Mübarizin ruhuna qovuşmağa tələsən ruhunu biz görməsək də, hamımız duyuruq, hiss edirik. Və bu gün o ruh öz yuvasından birbaşa cənnətə, Mübarizin yanına ucaldı...

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

Dədə Qorqudun, Nizami Gəncəvinin dilindən düşməyən şəhərimiz – Firuzabad haradır?

End of content

No more pages to load

RADİO