Bakı-Qazax magistralında görülən işlər nə zaman YEKUNLAŞACAQ? – RƏSMİ AÇIQLAMA – FOTO

Bir neçə gündür Bakı-Qazax əsas magistral yolunun Ucarın Alpout kəndindən keçən hissəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Bu da öz növbəsində, xüsusən, əraziyə bələd olmayan sürücülərin işini çətinləşdirir. Sürət həddi saatda 90 km olan magistral yolun bu hissəsində sürət həddi anidən 70, 60 və 30-a enir və yol bağlanır. Buna görə də, avtomobillər əks yola çıxaraq, həmin yolla hərəkətə davam etməli olurlar.

Bəs buna səbəb nədir?

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu məhdudlaşma sözügedən ərazidə hərəkət edən iritutumlu yük avtomobilləri üçün nəzərdə tutulan elektron tərəzinin quraşdırılması ilə bağlıdır.

Artıq 20 günə yaxındır ki, işlər start götürüb. Sürücülərin rahat hərəkəti üçün yol nişanları və məlumatlandırıcı lövhələr quraşdırılıb, amma buna baxmayaraq yenə də sürücülərə tövsiyə olunur ki, həmin ərazidən keçərkən sürət həddinə və digər təhlükəsizlik qaydalarına riayət etsinlər. 

Qeyd edək ki, yolda qismən məhdudlaşma Bakıdan Qazax istiqamətində magistralın 244,2 kilometrliyinə təsadüf edir. Yolun hazırkı vəziyyətindən narazı olan sürücülərdən biri Kamran Qurbanov Bizim.Media-nın yerli bürosuna açıqlamasında sözügedən vəziyyətin çaşqınlıq yaratdığını bildirib:

”Saat 90 km. sürətlə gəlirsən, birdən sürət düşür, adam çaşıb qalır. Yolu bağlayıblar, məcburuq ki, qarşıdan gələnin yoluna çıxaq. Axşamlar daha da qorxulu olar, çünki işıqlanma da yoxdur, nişanlar da işıqlı deyil deyə, görmək olmur. İndiki cavanların da əksəriyyəri tələskən olur, elə gəldikləri sürətlə də keçirlər, Allah qorusun nəsə bədbəxt hadisə ola bilər”. 


Digər sürücü Dəyanət Sultanov isə işlərin mümkün qədər tez başa çatdırılmasının vacib olduğunu deyib.

Yolda görülən işlər nə zaman yekunlaşacaq?

Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır: 

“1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. Artıq 1-ci mərhələ üzrə 4 ərazidə elektron tərəzilərin quraşdırılması işləri tamamlanıb, 2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması planlaşdırılır. Layihə 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır.


Məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzinin (Monitorinq mərkəzi) qurulması da tamamlanıb. Bundan başqa iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanmaq üzrədir. 

Onu da qeyd edək ki, həmin yolun alternativi olmadığından hərəkət Bakı istiqamətində təxminən 500 metr məsafədə qismən məhdudlaşdırılıb. İşlər yekunlaşdıqdan sonra yolun hər iki hərəkət istiqamətində məhdudiyyət tamamən aradan qalxacaq. Bu proses isə daha öncə qeyd etdiyimiz kimi, bu ilin sonuna kimi davam edəcək”.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapıldı - VİDEO

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

7 ayda Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə nə qədər pul daxil olub?

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək: İştirakçıların SAYI

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir?- SENSASİON DETALLAR

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Bakıda iki sərnişin avtobusu TOQQUŞDU

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Qara dənizdə Almaniyanın yük gəmisi Rusiya PUA-sı ilə VURULDU

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Paytaxtın iaşə obyektlərində MONİTORİNQ: İkisinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO - VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Xaçmaz-Quba yolunda ağır qəza: Yolda sıxlıq yarandı – VİDEO

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Kiyevdə Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş – FOTO

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

Məleykə Abbaszadə ixtisas seçən abituriyentlərə MÜRACİƏT ETDİ

End of content

No more pages to load

RADİO