Ələt Azad İqtisadi Zonası ilə bağlı qanun layihəsi ikinci oxunuşdan da keçdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Ələt Azad İqtisadi Zonası haqqında" qanun layihəsi müzakirə olunaraq II oxunuşda təsdiqlənib.
Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.

Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.

Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI

Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI

Prezident və xanımı fərdi evlərdə yaradılmış şəraitlə tanış oldular - FOTO

Prezident və xanımı fərdi evlərdə yaradılmış şəraitlə tanış oldular - FOTO

İranda internet məhdudiyyətləri 11-ci həftəyə KEÇDİ

İranda internet məhdudiyyətləri 11-ci həftəyə KEÇDİ

Azərbaycanda bu sular bahalaşdı – FOTO

Azərbaycanda bu sular bahalaşdı – FOTO

Zaqatalada tanışını güllələyən şəxs saxlanılıb - VİDEO

Zaqatalada tanışını güllələyən şəxs saxlanılıb - VİDEO

Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı

Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı

Madyar Macarıstanın Baş naziri OLDU

Madyar Macarıstanın Baş naziri OLDU

"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"

"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"

Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...

Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...

Dağlıq və dağətəyi rayonlarda yaşayanların NƏZƏRİNƏ

Dağlıq və dağətəyi rayonlarda yaşayanların NƏZƏRİNƏ

İçi pulla dolu ödəmə terminalları oğurlandı - VİDEO

İçi pulla dolu ödəmə terminalları oğurlandı - VİDEO

UFC turnirinin mükafat fondu AÇIQLANDI

UFC turnirinin mükafat fondu AÇIQLANDI

Piyadanı təyyarə vurdu - FOTOLAR

Piyadanı təyyarə vurdu - FOTOLAR

Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Azərbaycanda Velosiped Akademiyası yaradıla bilər

Daha bir gəmidə virus yayıldı – 100-ən çox YOLUXAN VAR

Daha bir gəmidə virus yayıldı – 100-ən çox YOLUXAN VAR

Qadınlara TÖVSİYƏ - Bu bürcün kişilərindən UZAQ DURUN!

Qadınlara TÖVSİYƏ - Bu bürcün kişilərindən UZAQ DURUN!

Tanınmış müğənni son dəyişimindən sonra tanınmaz hala düşdü – FOTO

Tanınmış müğənni son dəyişimindən sonra tanınmaz hala düşdü – FOTO

“Beşiktaş” bu futbolçu üçün 15 milyon ödəməyə hazırdır

“Beşiktaş” bu futbolçu üçün 15 milyon ödəməyə hazırdır

Müharibə YENİDƏN ALOVLANIR - Bu dəfə 40 günə bitməyəcək...

Müharibə YENİDƏN ALOVLANIR - Bu dəfə 40 günə bitməyəcək...

Qadınları sürətlə qocaldan səbəb TAPILDI

Qadınları sürətlə qocaldan səbəb TAPILDI

Kürdəmirdə bıçaqlanan gəncin SON DURUMU

Kürdəmirdə bıçaqlanan gəncin SON DURUMU

İbrahim Tatlıses “Baboş”a klip ÇƏKDİ – VİDEO

İbrahim Tatlıses “Baboş”a klip ÇƏKDİ – VİDEO

Qızını qorumaq üçün kürəkənini öldürən qadını alqışlarla qarşıladılar – VİDEO

Qızını qorumaq üçün kürəkənini öldürən qadını alqışlarla qarşıladılar – VİDEO

Meloni Bakı səfərində bu avtomobildən istifadə edib– Video

Meloni Bakı səfərində bu avtomobildən istifadə edib– Video

End of content

No more pages to load

RADİO