Sabiq icra başçısı yenidən məhkəmə qarşısına çıxarılır

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası oktyabrın 17-nə təyin edilib.

Şikayət hakim Pərviz Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, Rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.


Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.

Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Ali Məhkəməsi isə Ceyhun Cəfərovun cəzasını 4 il 6 aya endirib. Bir neçə gün əvvəl isə məhkəmənin qərarı ilə Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

TƏBİB: Zərdabdakı qəzada xəsarət alan qadınlar Bakıya göndərilir

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Xanım Sultanova yüksək vəzifəyə təyin edildi

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

Rusiyaya pul köçürmələri niyə dayandırıldı? - AMB-dən açıqlama

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

İcra başçısı üç qurumu birləşdirdi, yeni rəis təyin etdi

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Sabiq nazirin 1 milyonluq evi yarı qiymətə SATILDI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Məhəmməd Salah “Trabzonspor”la müqavilə imzaladı – Qazanacağı məbləğin DETALLARI

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Rəsmi Bakı Yamaykanı təbrik etdi - FOTO

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

Bakının mərkəzi küçəsi BAĞLANIR: 6 marşrutun hərəkət istiqaməti dəyişdirilir

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

"Bəniz" ləqəbli tiktokerə ağır HÖKM OXUNDU

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Sürücülərin imtahan nəticələri AÇIQLANDI

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı – FOTO/VİDEO

8 aylıq hamiləni yarıyolda düşürdən sürücü cəzalandırıldı – FOTO/VİDEO

Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Paşinyanın əsas siyasi rəqibinə yeni ittihamlar irəli sürüldü

Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq

Polşada Avropanın ən hündür Məryəm Ana heykəli açılacaq

Ballistik raketlərdən müdafiə üçün milli sistem yaradılacaq – Zelenski

Ballistik raketlərdən müdafiə üçün milli sistem yaradılacaq – Zelenski

MİQ-də növbəti vakansiya seçimi BAŞLAYIR

MİQ-də növbəti vakansiya seçimi BAŞLAYIR

Azərbaycan XİN Boliviyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Boliviyanı təbrik etdi – FOTO

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

Rolex ikinci əl saat bazarında liderliyini qoruyur - Rəqibləri də mövqelərini gücləndirir

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Zərdabda oğul "Mercedes"i dirəyə çırpdı, anası öldü

Rusiyada itkin düşən təyyarə tapıldı

Rusiyada itkin düşən təyyarə tapıldı

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google-da yüksək vəzifəyə təyin olunan türk mühəndis Koray Kavukçuoğlu kimdir?

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

Google süni intellekt bölməsində rəhbərliyi dəyişdi

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzaladı

End of content

No more pages to load

RADİO