Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Şağlaser kəndi ərazisində iki minik avtomobili toqquşub.
Bizim.Media xəbər verir ki, nəticədə sərnişinlər Lənkəran rayon Gəgiran kənd sakinləri 1978-ci il təvəllüdlü Şücaət Əsgər oğlu İbadov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Nüşabə Hüseynağa qızı İbadova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanası aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu