“İlin sonuna qədər Cəbrayıl şəhər məktəbində təhsilə 400 şagird cəlb ediləcək” – Fuad Bədəlov

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də açılışında iştirak etdiyi Cəbrayıl şəhər Mehdi Mehdizadə adına məktəbdə bu ilin sonuna qədər 400 şagirdin təhsilə cəlb edilməsi planlaşdırılır.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq və bərpa işlərinə başlanılıb:

“Böyük Qayıdışın ilk addımları Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Ağalı kəndindən başlayıb. 2022-ci ilin sentyabr ayında Ağalı kənd orta məktəbi işğaldan azad edilmiş ərazilərdə ilk təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb və eyni adlı körpələr evi-uşaq bağçası soydaşlarımızın ixtiyarına verilib. Növbəti dəfə 2023-cü ildə Laçın şəhərində 2 nömrəli tam orta məktəb və həmin ildə Zabux kənd orta məktəbi və uçaq bağçası istifadəyə verilib”.

O qeyd edib ki, bu il sentyabr ayında Laçının Sus kəndində orta məktəb və uçaq bağçası bizim el-obanın əzəli sakinlərinin istifadəsinə verilib:

“Sevindirici haldır ki, işğaldan azad edilmiş torpaqlarda fəaliyyət göstərən təhsil müəssisələrinin sırasına 2 gün əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş Mehi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbi də qatılır. Təhsil müəssisəsi 2,7 hektar ərazidə, 960 şagird yerlik olmaqla 40 sinif otağından və müxtəlif 5 inzibati otaqdan ibarətdir. Həmçinin məktəbdə kimya, fizika laboratoriyaları, biologiya kabineti, eləcə də musiqi, rəsm və hərbi hazırlıq otaqları və bununla yanaşı 4 STEAM otağı da təşkil edilib. Bizim məktəbdə 450 nəfərlik akt zalı, böyük idman zalı, 120 şagird yerlik yeməkxana, eləcə də məktəbin həyətyanı ərazisində futbol, basketbol və voleybol idman növlərinin keçirilməsi üçün meydançalar təşkil edilərək şagirdlərin istifadəsinə verilib. Təhsil müəssisəsində müasir standartlara cavab verən mebel, inventar və avadanlıqlarla təşkil edilib və müəllim və şagirdlərin istifadəsinə verilib".

F. Bədəlov diqqətə çatdırıb ki, hazırda müəssisədə pedaqoji heyətin formalaşdırılması prosesi yekunlaşıb:

“Sevindirici haldır ki, bütün müəllimlərimiz Cəbrayıl şəhərinə köçürülən və vaxtilə bu rayonun müxtəlif məktəblərində fəaliyyət göstərən müəllimlərdən təşkil edilib. Məktəb müxtəlif fənlər üzrə ixtisaslı kadrlarla artıq təmin edilib. İlkin mərhələdə məktəbdə 26 sentyabr tarixindən hazırkı dövrə qədər “Böyük Qayıdış dövlət proqramı”na uyğun olaraq köçürülən ailələr içindən 122 şagirdin təhsilə cəlb olunması nəzərdə tutulub və ilin sonuna qədər isə şagirdlərin sayının 400-ə çatdırılması nəzərdə tutulur. Təhsil prosesi 8 oktyabr tarixindən başlayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

End of content

No more pages to load

RADİO