Ermənilərin Azərbaycanın dinc şəhərlərini ikinci dəfə bombalamasından 4 il ötür

Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə raket hücumuna məruz qoymasından 4 il ötür. Müharibənin doqquzuncu günü - 2020-ci il oktyabrın 5-də erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. 

Bizim.Media xatırladır ki, həmin gün səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Goranboy, Göygöl, Beyləqan, Bərdə, Tərtər, Zərdab rayonlarının və Gəncə şəhərinin ərazisində əhalinin sıx yaşadığı məntəqələri atəşə tutub.

Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin partlaması nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə rayonunda törədilən terror aktları nəticəsində 28 nəfər həlak olub, 108 nəfər xəsarət alıb.

Həmin gün səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisindəki start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.

Oktyabrın 5-də Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılmış iki raket mərmisindən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı təsərrüfat sahəsində yanğına səbəb olub.

Bərdə şəhərində mərminin düşməsi nəticəsində vətəndaşa məxsus ev və həyətyanı sahədəki köməkçi tikili yanıb.

Həmin gün Ağcabədi rayonunun Sarıcalı kəndində vətəndaşa məxsus fərdi ev yanıb, təsərrüfat sahəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

End of content

No more pages to load

RADİO