13 ildir yerinə qovuşa bilməyən ABİDƏ – Babəkin heykəlinin bəxti nə vaxt AÇILACAQ?

Bu günlərdə açılışı olan Aşıq Ələsgərin abidəsi ilə bağlı sosial şəbəkədə aparılan müzakirələr çoxdan unudulan bir mövzunu yenidən gündəmə gətirdi. Söhbət uzun illərdir paytaxt əhalisinin ucaldılmasını gözlədiyi Xürrəmilər hərəkatının rəhbəri, ərəb xilafətinə qarşı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə Babəkin heykəlindən gedir.

Qeyd edək ki, 6 sentyabr 2011-ci ildə Prezident İlham Əliyev Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin  abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamın imzalanmasından 13 il keçsə də, hələ icra olunmayıb. 

Xatırladaq ki, həmin iş o zaman mərhum Xalq rəssamı, heykıltaraş Arif Qazıyevə həvalə olunmuşdu.

O da 3 il öncə dünyasını dəyişənədək heykəlin bu gün-sabah qoyulacağı haqda açıqlamalar versə də, gözlənilənlər olmadı.

Qafqazın ən hündür heykəli olacağı deyilən abidənin Babək prospektində yolunu gözləyən postamenti hələ də boşdur. Necə deyərlər, Babəkin bəxti açılmır ki, açılmır.

Kimi məsələnin siyasi səbəb - İran amili, kimi maliyyə, kimi də yaradıcı işdəki əyər-əskiklər üzündən yubandığını dedi. 

Bəs, 13 ildir ucaldılacağı gözlənilən heykəlin aqibəti necə olacaq? Bu il paytaxt sakinləri nəhayət ki, Babəkin heykəlini görə biləcəklərmi?

“Sən evin üçün heykəl düzəltmirsən axı...”  

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Xalq rəssamı, memar Cəlil Hüseynovun fikrincə, heykəlin yubanmasının səbəbi maliyyə çatışmazlığı ilə bağlı deyil: 

“O heykəlin  indiyədək qoyulmamasının günahkarı yüzdə yüz müəllifin özüdür. Rəhmətlik bu işi yubatdı-yubatdı, gətirib bu yerə çıxardı. “Onu istəmirəm”, “belə olmasın”, deyə-deyə işi soyutdu. Biz o heykəli rahatlıqla 2014-cü ildə qoya bilərdik. Mən bilirəm ki, orda maliyyə problemi yox idi. O zaman yetərli qədər maliyyə vəsaiti ayrılmışdı. Bir il sonra artıq problemlər yarandı. Hər şey də ondan sonra oldu. Bürüncün də qiyməti artdı, dəmirin də, əməkhaqqı da qalxdı. Hamısı arta-arta gedir”. 

Müsahibimiz deyir ki, o zaman həmin heykəllə bağlı Ukraynadan mütəxəssis də dəvət edib: 

"O vaxt rəhmətlik məni məcbur elədi ki, “yuxarı” ilə danışıb heykəl üçün Ukraynadan böyüdücülər (heykəlin kiçik modelinin böyüdülüb gipsdən hazırlanması ilə məşğul olan mütəxəssislər -red.) gətirim. 

Ona görə Ukraynaya getdim. Ən yaxşı böyüdücülərı gətirdim. Onlarla birgə deyə-gülə işlədi. Məndə onların işlədiyi zaman çəkilən videoları da var. Amma onlar işi qurtarandan sonra narazılıq elədi. Ora-bura şikayət elədi ki, ukraynalılar işi pis görüblər. Dedi, yox, özümüzünkülər eləsin. Halbuki, mən daha əvvəl bizim iki mütəxəssisimizi təklif eləmişdim, razılaşmamışdı. 

Bunu özünə də dedim. Dedi, mən başqalarının sözünə qulaq asıb elə qərar verdim. Mən də dedim, sən evin üçün heykəl düzəltmirsən axı... Bu, ciddi işdir. Bununla bağlı dövlət başçısının sərəncamı var. Nəsə...  Deməyim odur, belə kaprizləri vardı.  

“Babək” söhbəti məni çox yordu...

Doğrusu, mən onun xasiyyətinə bələd deyildim. Bilsəydim, razılaşmazdım. İş üçün usta çağırırdılar, gəlib işləyirdilər, sonra narazı qalırdılar deyə onu məhkəməyə verirdilər. Mən də məcbur olurdum, onları işə götürən şirkət olaraq bu məsələdən ötrü məhkəməyə gedim. Yəni o işlə bağlı çox əziyyət çəkdim. Heykəl söhbəti məni həddən artıq çox yordu. Axırda da gəldi belə oldu”.

Cəlil Hüseynov deyir ki, “Babək”in hazırlanması lap əvvəldən başqa heykəltaraşlara - Akif Əsgərovla Natiq Əliyevə tapşırılacaqdı. Amma Arif müəllim o vaxt Babəkin sərgi üçün balaca heykəlini düzəltmişdi deyə sonradan ona veriblər: 

“Bu iş bizim şirkətə həvalə olunanda mən Akif Əsgərovla Natiq Əliyevi dəvət eləmişdim. Hətta o zaman Akif müəllim mənə demədən gedib onunla danışmışdı. Onların emalatxanaları qonşu idi. Hətta o vaxt mən ondan bir az incimişdim ki, mənə demədən təklif edib”.

“Başqasına tapşırıla bilər...”

“Biz Nazirlər Kabinetinin rəhbəri Əli müəllimlə az qala bütün Bakını gəzib heykəlin əzəmətli görünməsi üçün yer axtardıq” deyən həmsöhbətimiz bu məsələ ilə bağlı bir neçə il qabaq Bakı şəhər İcra Hakimiyyətindən işin dayandırıldığı haqda cavab aldığını qeyd edib: 

“Səbəb nədir, bilmirəm. Amma mənə dedilər, layihəyə yenidən baxılacaq. Belə başa düşdüm ki, iş başqa heykəltaraşa tapşırıla bilər”.
 

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Bakı şəhər İcra Hakimiyyətindən “biz yalnız heykəlin yerləşdirilməsi ilə məşğuluq. Heykəlin hazırlanması, onun yenidən işlənilməsi məsələsinə Mədəniyyət Nazirliyi baxır” cavabını verdilər.


Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən isə suallarımızaa lakoniik olaraq “belə bir məlumatımız yoxdur” deyə reaksiya verildi. 

Rəna Cumaqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

End of content

No more pages to load

RADİO