Saxta sənədlə mənzil satıb, Belarusa qaçan şəxs MƏHKƏMƏ QARŞISINDA

Belarusdan Azərbaycana ekstradisiya edilən Ağasəmid Məhərrəmovun növbəti məhkəmə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər dindirilib.  

Zərərçəkən Araz Ağayev ifadəsində Ağasəlimdən iki mənzil aldğını bildirib:

“Mən ondan iki mənzil aldım. Bir mənzili özüm satmışdım. Digər mənzili təmir edirdim. Sonra bildim ki, mənzil başqa şəxsə satılıb. Mənə dəyən ziyan ödənilib. Şikayətim yoxdur”.

Təqsirləndirilən şəxs zərərçəkənin ifadəsi ilə razılaşıb və mənzili satarkən sahibinin olduğunu bildiyini etiraf edib. 

Digər zərərçəkən İmanov Qalamirzə ifadəsində bildirdi ki, ev alma işində təcrübəsizdir. Elə belə olduğu üçün bu iş başına gəlib:

“Mənə təcili ev lazım idi. Mənə dedilər ki, Yasamalda olan binada ucuz ev var. Yasamalda Ağasəmidlə görüşdüm. Evə baxdım, razılaşdıq. 74 min pul ödəməli idim. İlkin ödəniş olaraq 50 min ödədim. Mənə sənəd təqdim olunmadı. O, mənə sənəd verəcəyini bildirdi. Ona hissə-hissə 8 min, sonra birdəfəlik 16 min ödədim. Çıxarış alıb “ASAN” xidmətə getdim. Orda mənə çıxarışın saxta olduğunu bildirdilər. Bunu Ağasəmidə bildirdim. O, mənimlə “ASAN” xidmətə gedəcəyini desə də, getmədi. Sonra pulumu ödədi. Şikayətim yoxdur”.

Daha sonra zərərçəkən Mehman Kərimov sərbəst ifadə verib.

O, sözügedən binada dostunun evi olduğunu və ona dostunun həmin binadan mənzil almağı məsləhət gördüyünü bildirib:

“Mənə o binadan mənzil almağı dostum məsləhət gördü. Mənzilin 82 min qiyməti var idi. İlkin ödəniş zamanı 43 min ödədim, aylıq isə 3 min ödəniş edəcəkdim. 2 ay sonra evi təmir edirdim. Aşağıda qonşular toplaşmışdı. Aşağı düşəndə mənə mənzillərin başqasına da satıldığını dedilər. Sənədimə baxdım. Düz idi. Evin öncəki sahibi dəymiş ziyanı aldığı üçün “ASAN” xidmətdə bununla bağlı ərizə yazdı. Ev mənə qaldı. Şikayətim yoxdu”.

İfadə verən zərərçəkənlərdən yanlız Quluyev Sadiq şikayətçi olub. O, bildirib ki, onun məzili ilə bağlı zərər tam ödənməyib:

“Mənzilin dəyəri 69 min idi. Mən ilkin ödəniş kimi 35 min ödədim. Qalan pulu daxili kreditlə verəcəkdim. Ümumi 37.700 ödədim. Mənə 17 min manat şirkət ödəyib. 20.700 manat qalıb”.

“Pulumu tələb edirəm. Mülki iddia qaldıracam”,- deyə zərərçəkən bildirib. 

Məhkəmənin növbəti prosesi 18 oktyabra təyin olunub. 

Qeyd edək ki, iyunun 8-də Baş Prokurorluğun vəsatəti əsasında Belarus Baş Prokurorluğu tərəfindən Azərbaycan vətəndaşı Məhərrəmov Ağasəmid Fərzulla oğlunun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaqı aparılan cinayət işi üzrə Ağasəmid Məhərrəmovun dələduzluq, həmçinin, rəsmi sənədləri hazırlama və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.


A.Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

End of content

No more pages to load

RADİO