136 nömrəli məktəbdə Müəllimlər Gününə pul yığılması ilə bağlı Rəsmi AÇIQLAMA

Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi R.M.Sadıqov adına 136 nömrəli məktəbdə vəsait toplanması ilə əlaqədar valideynlər qrupunda yayılan səs yazısı ilə bağlı məktəbdaxili araşdırma aparılıb. 

Bu barədə Bizim.Media-ya 136 nömrəli orta məktəbdən məlumat verilib. Məktəbin sorğumuza cavabını təqdim edirik:
 

MÖVZU İLƏ BAĞLI:

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan – SƏS YAZISI


"Araşdırma zamanı 1b sinfinin valideynləri  tərəfindən belə bir təşəbbüsün olduğu müəyyən edilib.

Bununla bağlı müəllim və valideyndən izahat alınıb. Valideynlərin bu təşəbbüsündən müəllimin xəbərsiz olduğu aşkar edilib. Bu kimi təşəbbüslərin yolverilməzliyi haqqında pedaqoji kollektiv üzvləri, xüsusilə sinif rəhbərləri və valideynlərlə müvafiq söhbətlər aparılıb. Məktəb rəhbərliyi tərəfindən müəllimlərə məktəbin fəaliyyətinə aid olmayan valideyn təşəbbüsünü dəstəkləməmək və uyğun olmayan təşəbbüslərə qarşı birgə mübarizə aparmaqla bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib".

Bakı Şəhər Təhsil İdarəsindən isə saytımıza bildirilib ki, qeyd olunan məsələ ilə bağlı müvafiq araşdırma aparılır və nəticələri barədə məlumat veriləcək:

"Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin tənzimlənməsi  ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrinə göndərilən təlimata və "Təhsilverənlərin etik davranış qaydaları"na riayət etmək müəssisə rəhbərlərinin və təhsilverənlərin nəzərinə çatdırılıb.

Həmçinin ümumi təhsil müəssisələrində hər hansı formada vəsait toplanması ilə əlaqədar konkret faktlar olduğu təqdirdə valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 146-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anonim müraciətlər istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və fakt təsdiqini tapdığı təqdirdə müvafiq tədbirlər görülür. Valideynlər, müəllimlər və məktəb rəhbərləri də bu kimi məsələlərdə qəti və aydın mövqe tutmalı, xoşagəlməz hallara qarşı birgə mübarizə aparmalıdırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

End of content

No more pages to load

RADİO