Yaralı halda əsgər yoldaşlarını xilas edib, özü şəhid olan Vüsal İsmayılzadənin HƏYAT HEKAYƏSİ - FOTO

Yəqin ki, hər birimiz Vətən müharibəsinin  qazilərinin, şəhidlərinin, veteranlarının hekayələrini eşitmişik. Hər bir qəhrəmanın həyatıyla, cəbhədə keçən günləriylə bağlı özünəməxsus hekayəsi var. Ancaq bu fərqli hekayələrin sonu eyni bitir. Onlar adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdılar... 

Belə qəhrəmanlardan biri də Şəhid Vüsal İsmayılzadədir. 

Şəhid Vüsal İsmayılzadə 17 oktyabr 2001-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. Uşaqlığından bəri ailəsinin, müəllimlərinin, dostlarının sevimlisi olan Vüsal 2019-cu ildə Qusara hərbi xidmətə yollanıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin başlanmasıyla cəbhəyə yollanan əsgərlərin arasında Vüsal da var idi. 

Füzulinin Cəbrayılın azad olunmasında iştirak edən Vüsal sonuncu dəfə Xocavənddə gedən döyüşlərdə iştirak edib. 

Belə ki, döyüş zamanı atılan raket nəticəsində Vüsal və onun digər əsgər yoldaşları yaralanıblar. Əraziyə  gələn tibb işçiləri Vüsala tibbi yardım  maşınına minməsini desələr də, o, yarasını dostlarınınkinə nisbətən yüngül hesab edib və minməyib, yaralı olduğu halda dostlarını tibbi yardım maşınına qədər daşıyıb. Ona dəfələrlə xəstəxanaya getməli olduğu deyilsə də, dostlarının yanında qalıb. Tibbi yardım maşını növbəti dəfə əraziyə qayıdanda Vüsalın çoxlu qan itirdiyini görüb onu xilas etmək üçün xəstəxanaya çatdırmağa çalışıblar. Ancaq təəsüflər olsun ki, bu, mümkün olmayıb.


Şəhid Vüsal İsmayılzadə 19 yaşı tamam olduqdan 4 gün sonra şəhadətə qovuşub. 


Vüsalın anası Lalə İsmayılova Bizim.Media-ya açıqlamasında deyir ki, oğlu uşaqlıqda bir az dəcəl olsa da, onu  heç vaxt incitməyib.

“Özü gülərüz olduğu kimi, mənim də üzümü güldürməyə çalışardı, həyata çox pozitiv baxardı. Məktəbdəki müəllimləri deyirdi ki, Vüsal nə qədər dəcəl olsa da, üzündə elə bir nur var ki, biz ona söz deyə bilmirik. 

O mənə dəstək olmaq üçün 7-ci sinifdən başlayaraq tətillərdə işləyirdi. Məktəbli olduğu vaxtlarda şəhid xəbərlərini gördükdə deyirdi ki, “Qarabağı mən alacağam”. Universitetə qəbul ola bilmədiyi vaxt da  mənə dedi ki,  “Onsuz sənə həmişə deyirdim ki, mən əsgər gedib Qarabağı alacağam, mənim üçün önəmli olan budur”. Sanki  məni yavaş-yavaş olacaqlara hazırlayırdı.  

Cəbhəyə yollanmazdan qabaq ailəlikcə Qusara onun yanına getmişdik, onu axırıncı dəfə orada gördük. Amma çox kefsiz idi, dəfələrlə səbəbini soruşsam da, demədi. Biz sağollaşdıqdan sonra mənə səsləndi, ona döndükdə qaçaraq yanıma gəldi, alnımdan öpdü, qucaqladı, amma yenə də heç nə demədi”.


Lalə xanım deyir ki, Vüsal Qusarda olduğu vaxtlarda şərəf lövhəsinə nümunəvi əsgər  kimi şəkli vurulur, haqqında  məlumatlar asılırdı:  

“Qismət olsa...”

“Onunla sonuncu dəfə oktyabrın 17-si  ad günündə və 18-i danışa bildik. Oğlumla danışanda dedim ki, sağ-salamat gəl, səni tez evləndirəcəyəm. O isə “qismət olsa...” dedi. Balamın o sözü hələ də qulağımdan getmir. 

Vüsal cəbhədə olan zaman əsgər yoldaşlarıyla söhbət edərkən əsgərlərdən biri anasının ağır xəstə olduğunu, maddi vəziyyətlərinin aşağı olduğundan bəhs edib. Elə bu zaman Vüsal cibində olan pulu çıxarıb həmin əsgərə verib ki, anasına göndərsin. Ondan sonra digər əsgərlər də gücləri yetdiyi qədər yoldaşlarına kömək ediblər. Biz bu hadisəni bilmirdik, Vüsal şəhid olduqdan sonra həmin əsgərin bacısı bizi sosial mediadan tapdı və əhvalatı danışdı”. 

“Vüsal olmasa belə, onun ad gününü qeyd etdilər”

Vüsalın ad günü olanda cəbhədə idi. Zarafatyana formada əsgər dostlarına deyib ki, 1 il boyunca sizin ad gününüzü qeyd etdik, ancaq mənim ad günümü yox... Dostları da ona söz veriblər ki, qayıtdıqdan sonra ad gününü qeyd edərik. 

Müharibə bitdikdən sonra Vüsalın həyatda olan  əsgər yoldaşları hərbi hissəyə qayıdıb söz verdikləri kimi Vüsalsız  onun doğum gününü qeyd ediblər”. 


Əsgərliyə getməsinin 1 ili tamam olduğu gün torpağa verilib...


“Onu 23 oktyabr 2019-cu ildə əsgərliyə yola saldıq,  2020-ci ildə oktyabrın 21-də o şəhid oldu, 23-də isə əsgərliyə getməsinin 1 ili tamam olanda torpağa tapşırdıq”.
 

Lalə İsmayılzadə deyir ki, hazırda onun arzusu  oğlunun adının oxuduğu 322 nömrəli məktəbə verilməsidir. Bununla bağlı bir çox yerə müraciət də edib. 


Qeyd edək ki, Şəhid Vüsal İsmayılzadə mina atan batalyonunda baş tuşlayıcı idi və dəqiq atışlar ondan asılı olub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamıyla Vüsal İsmayılzadə “Vətən uğrunda”, “Füzulinin azad olunması uğrunda”, “ Xocavəndin azad olunması uğrunda” medallarıyla təltif edilib. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

End of content

No more pages to load

RADİO