Azərbaycandan xaricə külli miqdarda vəsaiti qanunsuz yolla köçürən dəstənin CİNAYƏT İŞİ

Xüsusi külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan 6 nəfərdən ibarət dəstə üzvlərinin məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə  təqsirləndirilən şəxslər- Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun vəkilləri yekdilliklə hakimə etiraz edərək vəsatətlər təqdim ediblər.

İlk olaraq Fərhad Qasımovun vəkili Vüqar Əliyev çıxış edərək bildirib ki, verəcəkləri əsaslı vəsatətlərin qəbul olunacağına inam demək olar sıfıra bərabərdir:

"Bu işin obyektiv aparılması ilə bağlı məhkəmə sədrinin adına etiraz ünvanlamışıq".

Vəkil Kamandar Nəsibovun fikrinə görə isə, hakimlər məhkəmədə hüquqi terminlərdən istifadə etmirlər: 

"Yəni etirazımız əsaslıdır. Vəsatətləri qəbul etmirsiz. Sizin işə obyektiv baxacağınıza inanmırıq".

Digər vəkil də eyni məzmunda çıxış edib: 

"Hüquqlarını müdafiə etdiyim şəxslə bağlı 3 vəsatətdən 2-si təmin olunmayıb, yeganə hüquqlarını müdafiə etdiyim şəxsin sağlamlıq vəziyyəti ilə bağlı ekspertizanın təyin olunması üçün verdiyim vəsatət qəbul olunub. Bu ona əsas vermir ki, mən həmkarlarımın qaldırdığı etiraza əks çıxım".

Dövlət ittihamçısı Elgin Qafarov isə hakimlərə etiraz üçün heç bir əsasın olmadığını qeyd edib. Hakimlər müşavirədən qayıtdıqdan sonra hakim Anar Sadıqov onlara qarşı etirazın qəbul olunmaması ilə bağlı qərarı elan edib.

Vəkil Sadiq Rəsulov hüquqlarını müdafiə etdiyi Bahadır Ağayevin ürəyinin məhz Emin Kərimli adlı həkim tərəfindən müayinə olunmasını istəyib və fikrini belə izah edib ki, Bahadır Ağayev ürəyindəki stimulyator aparatını məhz Emin Kərimlinin söndürməsini istəyir. Həmçinin həmin görüşün onun iştirakı ilə keçirilməsini təklif edib.

Hakim Anar Sadıqov isə vəsatətin zərurət olmadığından qəbul olunmaması ilə bağlı qərar qəbul edib və məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam edib. 

Şahid Rauf Qəribov maddi vəziyyətinin çətin olması ilə əlaqədar qardaşı tərəfindən göndərilən vəsaitləri aldığını etiraf edib:

"Mən özüm biblioqrafiya üzrə mütəxəssisəm. Qardaşım Qəribov Vahid Eldar oğlu Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Təxminən 2022-ci ildən 1 il 6 ay ərzində 3-4 dəfə olmaqla 4000 dollar civarında pul göndərib. Hər dəfə də pulumu tam götürürdüm. Toy etdim, evdə  sıxıntı var idi. Pulları ona görə göndərib. Mənə zəng gəlmişdi, getdim İst Petrol tərəfdə, Çıraq Plazanın yanında yerləşən ofisə... Ofisin həyətinə girəndə 2 avtomobil gördüm, yuxarıda kamera, kassa var idi. Mən imza çəkib pulumu götürmüşəm. Bu şəxsləri adla tanımıram, bircə Cavid Əzizov yadımda qalıb. Bahadır Qasımovu isə ümumiyyətlə tanımıram. Qardaşıma gəldikdə isə ona  hər hansı ittiham verilməyib. Mənə pulu götürməyimlə bağlı gələn nömrəni xatırlamıram".

Məhkəmənin gedişində vəkillər şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan olunmasını istəyiblər. Hakim Rauf Qəribovun istintaqda verdiyi ifadəsini elan edib. 

Sonra digər şahid Nailə Səlimova ifadə verib:

"Mənə İstanbul şəhərindən Fuad adlı nişanlım pul göndərirdi. Atam xərçəng xəstəsi idi, həmçinin evimizi təmir edirdik, ona görə nişanlım bizə kömək edirdi. Hər dəfə 10 min dollar göndərirdi, ümumilikdə 40 min dollar pul almışam. Pulu götürdüyüm  yer yadımda deyil, pulu götürəndə təkcə şəxsiyyət vəsiqəmi göstərirdim. Mən burda oturanlardan heç kimi tanımıram. Amma ibtidai istintaqda mənə 2 şəkil göstərdilər, onları tanıdım. Nişanlım Fuad Türkiyə vətəndaşıdır, onu istintaqa ifadə verməyə  çağırmayıblar".

Şahidin sərbəst ifadəsindən sonra Nailə xanımın istintaqda verdiyi ifadəsi elan olunub. Məlum olub ki, Nailə xanıma nişanlısı 40 min yox, ona 50 min dollar pul göndərib. 

Hakim şahiddən təqsirləndirilən şəxs Cavid Əzizovu tanıyıb-tanımadığını soruşdu. Nailə Səlimova Cavidi pul verilən yerdə gördüyünü etiraf edib.

Növbəti şahid Qasımov Rövşən Bahadır oğlu istintaqda verdiyi ifadəsində müəyyən dəyişikliklər olduğunu hakimlərə bildirib. Belə ki, o, ifadəsinin təhrif olunduğunu, yəni "yadımda deyil, bilmirəm" kimi verdiyi cavabların əvəzinə onun əleyhinə olan sözlərin yazıldığını vurğulayıb və ifadəsini davam etdirib: 

"Atam 30 il Rusiyada yaşayıb. Bu hadisə vaxtı atam Azərbaycanda idi. Onun həbsi haylı-küylü oldu. Mən Dubayda yaşayıram, ticarətlə məşğul olmuşam. Atamın Bakıda qanunsuz pul köçürməsi ilə məşğul olması barədə məlumatım olmayıb".

Bahadır Qasımov istintaq vaxtı oğluna qarşı təzyiqin olunması ilə bağlı bunları deyib:

"Oğluma deyiblər danışmasan ananı da aparıb soxacağıq içəri".

Sonra Rövşən Qasımovun ibtidai istintaqda verdiyi  ifadəsi elan olunub. Şahid yazılan ifadə ilə razı olmadığını bildirib. 

Bahadır Qasımovun vəkili Rövşən Qasımovun ifadəsinin tam təzyiqlə alındığını söyləyib və ifadənin sübutlar siyahısından çıxarılmasını istəyib. 

Digər vəkil Vüqar müəllim də müstəntiq tərəfindən şahidə hüquqlarının izah olunmadığını bildirib: 

"Belə ki, hər bir şəxs yaxın qohumuna qarşı ifadə verməyə bilər. Bu normativlər Cinayət Prosessual Məcəllədə də göstərilib".

Dövlət ittihamçısı bu məsələyə hazırlıq iclasında baxıldığı üçün vəsatətin qəbul olunmamasını istəyib.  Hakim isə sənədlərin tədqiqi vaxtı bu vəsatətə qiymət veriləcəyini söyləyib. 

Məhkəmə prosesi 18 oktyabr tarixinə kimi təxirə salınıb.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Həmçinin qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi – 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.
 

Ofisdə və İ. Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.


Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Selcan Zaurqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

End of content

No more pages to load

RADİO