Ötən əsrdən qalmış təhlükəli “MİRAS” – Qəzalı binaların sökülməsinin ƏHƏMİYYƏTİ – ARAŞDIRMA

Bakı şəhərində xeyli sayda qəzalı bina var. Belə ki, 2024-cü ilin əvvəllərində paytaxtda qəzalı olduğu üçün siyahıya alınan 130 binadan 65-i ilə bağlı sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Artıq onlardan bəzilərinin sökülməsi işlərinə start verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıdakı qəzalı binaların taleyi necə olacaq? - Eldar Əzizov aydınlıq gətirdi


Ötən əsrdən qalan təhlükəli “miras”

Qəzalı binalar əsasən ötən əsrin əvvəllərində və 1950-1960-cı illərdə inşa edilib. Məlum olduğu kimi, vaxtilə əhalinin mənzilə artan tələbatını ödəmək üçün Sovet hökuməti digər mərkəzi şəhərlərlə yanaşı, Bakıda da yeni layihələrə start verdi. İkinci Dünya müharibəsindən sonra Bakıda xeyli sayda yeni, çoxmərtəbəli binalar inşa edildi. O dövrdə yeni tikilən binalar ölkə rəhbərliyinin adına uyğun olaraq “stalinka”, “xruşovka” adlandırılırdı. 


Artan tələbat qarşısında işləri yüksək səviyyədə apara bilməyən Sovet hökuməti vəziyyətdən çıxış yolu kimi qısamüddətli layihələrin icrasına başladı. O zaman inşa edilən “stalinka” və “xruşovka”lar 30-40 il istismar üçün nəzərdə tutulurdu. Çünki həm tikinti materialların keyfiyyətsizliyi, həm də bəzi materialların insan sağlamlığı üçün təhlükəli olması bunu zəruri edirdi. 

Məsələn, “stalinka” tipli binalarda epoksiddən çox istifadə edilib. Bu material insan sağlamlığı üçün təhlükə mənbəyidir. “Xruşovka” binalarının bünövrəsi və yan divarları isə çox nazikdir. Belə binalarda bir qayda olaraq rütubət müşahidə olunur. Bu da bir tərəfdən insan sağlamlığına zərər vurur, digər tərəfdən isə binanın ömrünü qısaldır. Ona görə də bu cür binalardan qurtulmağın zamanı gəlib... 

Qəzalı binalarla bağlı hansı tədbirlər görüləcək?

Təsadüfi deyil ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Təbii ki, Baş plana əsasən təkcə qəzalı yaşayış binaları yox, həm də bəzi ictimai binaların da sökülməsi nəzərdə tutulub. Çünki bu binalar artıq real təhlükə mənbəyidir.


Qeyd edək ki, Bakıda qəzalı vəziyyətdə olan, ömrünü başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb. Həmin komissiya qəzalı binaların dislokasiyasını hazırlayır. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda Bakının bir sıra ərazilərində, o cümlədən Yasamal, Nəsimi, Nərimanov, Binəqədi və digər rayonlarında qəzalı binaların söküntüsünə başlanılıb.

Məsələn, hazırda Nərimanov rayonu ərazisində, Fətəli xan Xoyski 212 və 214 ünvanlarında yerləşən binalar sökülür. Bu binalar 1956-cı ildə Bakı Şin Zavodunun yataqxanası kimi tikilib və həmin zavodun işçilərinə verilib. Lakin binalar qəzalı halda olduğu üçün orada yaşamaq çox təhlükəli idi. Ona görə də yataqxanaların sökülməsinə qərar verilib.


Bundan əlavə, Nərimanov rayonunun Qarabağ küçəsində yerləşən köhnə və qəzalı binaların da sökülməsi işləri aparılır

Ölüm saçan binaların sökülməsi niyə vacibdir?

Paytaxtın mərkəzi ərazilərində xeyli sayda yaşayış bina qəzalı vəziyyətdə qalmaqdadır. Məsələn, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 5, o cümlədən Badamdar qəsəbəsi, Seyran Məmmədov 3 ünvanında yerləşən yataqxanalar da qəzalı durumdadır

Qeyd edək ki, paytaxtda qəzalı vəziyyətdə olan tikililər yalnız yataqxanalar deyil. Bir sıra ictimai binalar və hotellər də qəzalı vəziyyətdədir. Bu binaların istismarı isə olduqca təhlükəlidir. 

Çünki həmin tikililərin özülləri və istinad divarları ciddi zərər görüb. Onların təmir olunaraq istismara yararlı vəziyyətə gətirilməsi isə mümkün deyil. Yeganə çıxış yolu həmin binaların ən qısa zamanda sökülməsi və yerində şəhər memarlığına uyğun müasir binaların tikilməsidir.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

End of content

No more pages to load

RADİO