Gədəbəydə bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1982-ci il təvəllüdlü Habil Süleymanov atdan yıxılıb. 42 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Bizim.Media