Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında, istifadəsində və daşınmasında şübhəli bilinən əvvəllər məhkum olunmuş Musa Maxmudov saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, onun yaşadığı mənzilə baxış zamanı külli miqdarda marixuana və çətənə toxumları aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media