BİZİM TƏQVİM: 4 oktyabrda baş vermiş tarixi hadisələr

1994-cü ilin bu günündə Azərbaycanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb. O zamankı Baş nazir Surət Hüseynovun başçılıq etdiyi dövlət çevrilişinin qarşısı Ümummilli lider Heydər Əliyevin qətiyyəti və xalqın birliyi sayəsində alınıb.

Bəs, oktyabrın 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 1582-ci ilin bu günündə Qriqorian təqvimi qəbul olunub.

2. 4 oktyabr 1675-ci ildə Holland fizik Hügens cib saatına patent alıb.

3. 4 oktyabr 1824-ci ildə Meksika Respublikası elan edilib.

4. 1830-cu ilin 4 oktyabrında Belçika müstəqillik əldə edib.

5. 4 oktyabr 1853-cü ildə Osmanlı və Rus imperiyaları arasında Krım müharibəsi başlayıb.

6. 1883-cü ilin bu günündə İstanbul-Paris dəmir yol xətti açılıb.

7. 4 oktyabr 1911-ci ildə dünyada ilk eskalator Londonda quraşdırılıb.

8. 1957-ci ilin 4 oktyabrında  SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılıb.

9. 4 oktyabr 1959-cu ildə Sovet kosmik aparatı ayın görünməyən hissəsinin şəklini çəkib.

10. 1980-ci ilin bu günündə 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşununun çıxarılması üçün BMT-yə müraciət edib.

11. 4 oktyabr 1983-cü ildə quruda yeni sürət rekordu müəyyən edilib.

12. 1991-ci ilin bu günündə Keçmiş Sovet Sosialist Respublikaları rəhbərləri iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Baltikyanı ölkələr bu sazişi imzalamadan imtina edib.

13. 4 oktyabr 1993-ci ildə Rusiyada Boris Yeltsinə bağlı ordu hissələri kommunistlərin bağlama qərarına etiraz etdiyi parlament binasını basdı. Paytaxt Moskvada fövqəladə vəziyyət elan etdi. 

14. 4 oktyabr 2012-ci ildə Bakıda II Beynəlxalq Humanitar Forum başlayıb. Forumda 70 ölkədən və 7 nüfuzlu beynəlxalq təşkilatdan 694 nümayəndə, o cümlədən 10 keçmiş dövlət başçısı, 11 Nobel mükafatı laureatı, 5 dünyanın nüfuzlu fəxri professoru, mötəbər beynəlxalq təşkilatları təmsil edən 10 rəhbər vəzifəli şəxs, 55 görkəmli ictimai və siyasi xadim iştirak edib. Hər il oktyabrın 4-də bütün dünyada qeyd olunan Dünya Heyvanları Müdafiə Günü təbiəti mühafizə hərəkatı tərəfdarlarının 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilən Beynəlxalq konfransında təsis edilib.

Oktyabrın 4-də bu şəxsiyyətlər xatırlanır:

1. 4 oktyabr 1669-cu ildə “İşığın və kölgələrin rəssamı” hollandiyalı Rembrandt 63 yaşında ölüb.

2. 4 oktyabr 1895-ci ildə məşhur kəşfiyyatçı Rixard Zorge Bakıda anadan olub. O Yaponiyanın SSRİ-yə qarşı hücum planını pozan böyük kəşfiyyatçı kimi tarixə düşüb. O 1944-cü ildə Yaponiyada asılıb. 

3. 4 oktyabr 1923-cü ildə  Azərbaycanın Xalq artisti Anatoli Falkoviç (1923-1994) doğulub. Rus Dram Teatrında çalışıb. “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

4. 4 oktyabr 1924-cü ildə  opera müğənnisi, aktrisa Sona Aslanova (1924 - 9.3.2011) anadan olub. Operalarda (Gülçöhrə - “Arşın mal alan”; Nigar - “Koroğlu”) çıxış edib. “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib. 

5. 4 oktyabr 2000-ci ildə görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyev (7.11.1917 - 2000) vəfat edib. O, bir çox populyar mahnıların müəllifidir.

“Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Dərviş Parisi partladır” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub. 

6. 4 oktyabr 2006-ci ildə  Xalq artisti Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər”, “Şirbalanın məhəbbəti”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

“Qalatasaray” İtaliya klubu ilə danışıqlara başladı

End of content

No more pages to load

RADİO