"TikTok" Azərbaycanda 900 minə yaxın videonu SİLDİ

Qısa videolar üçün aparıcı platforma olan "TikTok" Azərbaycanda icmanın təhlükəsizliyini ən yüksək prioritet hesab edir. Bu məqsədlə platforma, İcma Qaydalarını pozan məzmunu aşkar etmək və ona qarşı tədbirlər görmək üçün innovativ texnologiyalar və mütəxəssislərin birgə səylərindən istifadə edir. Dünyanın müxtəlif yerlərindən 40 000-dən çox mütəxəssis, o cümlədən Azərbaycan dilini bilən mütəxəssislər "TikTok" istifadəçilərinin təhlükəsizliyini təmin etməkdən məsuldur.

Bizim.Media xəbər verir ki ,"TikTok" platformasından dünya üzrə milyardlarla insan istifadə edir və hər gün milyonlarla videoçarx yayımlanır. Şirkət icma qaydalarını pozan məzmunun bir nəfər belə baxmadan əvvəl silinməsini təmin edən avtomatlaşdırılmış moderasiya texnologiyalarını təkmilləşdirməyə davam edir.

Nəticədə, bu texnologiyalar vasitəsilə qaydaları pozan videoların 80%-i avtomatik olaraq silinir, halbuki keçən il bu rəqəm 62% idi. Eyni zamanda, istifadəçilərdən şikayət daxil olmamışdan əvvəl məzmunun proaktiv olaraq silinməsi göstəriciləri də yüksəlib: 2024-cü ilin ikinci rübündə bu rəqəm silinən videoların ümumi sayının 98.2%-ni təşkil edib.

İcma Qaydalarına riayət olunması ilə bağlı məlumatlar, o cümlədən silinmiş videolar və hesablar haqqında məlumatlar hər rübdə İcma Qaydalarının İcra Hesabatlarında açıqlanır. 2024-cü ilin ikinci rübü üzrə İcma Qaydalarının İcra Hesabatına əsasən Azərbaycanda:

- 884 773 video icma qaydalarını pozduğuna görə silinib.

- Silinmiş videoların 95.9%-i şikayət daxil olmadan əvvəl platforma tərəfindən proaktiv olaraq silinib.

- Məzmunun 93.4%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.

Həmin dövrdə, icma qaydalarının pozulması ilə əlaqədar olaraq dünya miqyasında:

- 178 827 465 video silinib.

- Videoların 98.2%-i proaktiv olaraq silinib.

- 93.5%-i paylaşılmasından sonrakı ilk 24 saat ərzində silinib.

Xatırladaq ki, keçən il Azərbaycanda icma qaydalarını pozduğuna görə ümumilikdə 2 071 243 video silinib.

Keçən rübdə "TikTok" ictimai rəyə siyasi kontekstdə təsir etmə məqsədi daşıyan mümkün gizli informasiya kampaniyalarının qarşısını almaq və şəffaflığı təmin etmək məqsədilə ayrıca hesabat təqdim etməyə başlayıb. 2024-cü ilin ikinci rübündə "TikTok" dünya miqyasında 1 702 277 abunəçisi olan 2 240 hesabdan ibarət 14 gizli təsir şəbəkəsinin fəaliyyətini dayandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gündüz yatmağı sevənlər, bu xəbər SİZİN üçündür...

Gündüz yatmağı sevənlər, bu xəbər SİZİN üçündür...

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

Dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik... - FOTO

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım etdi - FOTO

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

"Biz bu torpaqları qanımızı tökərək geri aldıq" - Şükürbəylidən VİDEOÇARX

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Laləlikdə maşın sürmüşdülər, polis saxladı – FOTO/VİDEO

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Bloomberg: "Qlobal neft ehtiyatları 270 milyon barel azalıb"

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Burnun içindəki tükləri qoparmaq ÖLÜMCÜL ola bilər

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

Zelenski görüşməyə hazırdır, ancaq Moskvada yox...

End of content

No more pages to load

RADİO