Ağdamda iritutumlu 4 su anbarı tikilir - FOTO/VİDEO

Böyük qayıdış planı istiqamətində Qarabağın Ağdam şəhərində işğaldan azad olunandan bəri düşmənin viran qoyduğu bütün strukturlar yenidən qurulur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Bizim.Media-ya bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi layihəsi çərçivəsində Ağdam şəhərinin su təsərrüfatı istiqamətində su və kanalizasiya sahəsində işlər sürətlə, intensiv və planlı şəkildə həyata keçirilir.

Qurumun texniki nəzarət mühəndisi Mahir Həmidov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, Ağdam şəhərinin xarici su təchizatı kanalizasiya və yağış kollektoru layihəsi çərçivəsində +440 metr yüksəklikdə 2 ədəd tutumu 10000 kubmetr və +410 metr yüksəklikdə 2 ədəd tutumu 7500 kubmetrlik su anbarının tikinti işləri davam etdirilir: 

“Hazırda 10000 kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Demək olar ki, tikintinin 80 faizi icra olunub. 7500 kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir”.

Qeyd edilib ki, Qaraqayadan gələn magistral xəttin tikintisi davam etdirilir, 9 kilometrlik magistral xətdən 6,5 kilometri inşa olunub.

Hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2500 metr borudan 2332 metri tamamlanıb. Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1,8 kilometri çəkilib. 2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb.

İşğaldan azad olunmuş ərazilərdə sakinlər - keçmiş köçkünlər bərpa işlərinə cəlb olunurlar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.

Ağdam şəhərinin su təsərrüfatının yenidən qurulması indiki və gələcəkdə obalarına geri dönən sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə töhfədir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Arzu Əliyevadan paylaşım - FOTO

Arzu Əliyevadan paylaşım - FOTO

Azərbaycanı işıqlı gələcəyə aparan İNKİŞAF MODELİ – Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

Azərbaycanı işıqlı gələcəyə aparan İNKİŞAF MODELİ – Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Samir Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

Samir Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

Messi MLS-in tarixinə düşdü - VİDEO

Messi MLS-in tarixinə düşdü - VİDEO

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı VİDEOÇARX

Mehriban Əliyeva: “Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” - FOTO

Mehriban Əliyeva: “Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” - FOTO

Ağdamda ağır qəza: 4 ölü, 3 yaralı var

Ağdamda ağır qəza: 4 ölü, 3 yaralı var

İlham Əliyev: “Bugünkü Azərbaycan Onun əsəridir” - FOTO

İlham Əliyev: “Bugünkü Azərbaycan Onun əsəridir” - FOTO

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

Gündüz yatmağı sevənlər, bu xəbər SİZİN üçündür...

Gündüz yatmağı sevənlər, bu xəbər SİZİN üçündür...

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

End of content

No more pages to load

RADİO