AZAL “AerCap” şirkətindən altı yeni A320neo və A321neo təyyarəsini əməliyyat lizinqinə götürür

Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç A320neo və üç A321neo təyyarəsinin tədarükü planlaşdırılır. 

Sənəd “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson tərəfindən imzalanıb. 

“Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur A321neo təyyaralərinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Biz yeni istiqamətlər açaraq və xidmət keyfiyyətini yüksəldərək daha yaxşı səyahət imkanları yaratmağa və müştərilərimizin gözləntilərini qarşılamağa çalışırıq. Bundan əlavə, “AerCap” kimi böyük bir şirkətlə müqavilənin bağlanması AZAL-ın beynəlxalq aviasiya bazarında yüksək etimada malik olduğunu bir daha sübut edir,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev bildirib. 

Qeyd edək ki, A321neo təyyarələri ilk dəfədir ki, AZAL-ın donanmasında təqdim ediləcək. A321neo təyyarələrinin Türkiyə, Yaxın Şərq və Hindistan kimi istiqamətlər üzrə uçuşlar həyata keçirəcəyi planlaşdırılır. A320neo-ların isə Avropa və Asiya marşrutlarında istifadə olunması nəzərdə tutulur.

“AerCap” AZAL-ı yeni müştəri kimi qarşılamaqdan və onların təyyarə parkı və marşrut şəbəkəsini genişləndirməkdə dəstək olmaqdan məmnundur. A320neo və A321neo dünyada ən çox tələb olunan təyyarələrdən hesab olunur.

Bu təyyarələr AZAL-a həm daha çox istiqamət üzrə sərnişinlərə xidmət göstərməyə, həm də donanmasını bazarda texnoloji cəhətdən ən qabaqcıl və yanacağa qənaət edən təyyarələrlə yeniləməyə imkan verəcək. Biz AZAL komandasına bu məqsədlərinə nail olmaqda uğurlar diləyir və uzunmüddətli tərəfdaşlığımıza ümid edirik,” – deyə “AerCap” şirkətinin baş kommersiya direktoru Piter Anderson bildirib. 
 

“Airbus A320neo” və “Airbus A321neo” qısa və orta məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir dar gövdəli təyyarələrdir. Hər iki model uçuş təhlükəsizliyini və sərnişin rahatlığını artıran müasir idarəetmə sistemləri ilə təchiz edilib. 


Təkmilləşdirilmiş aerodinamikası sayəsində A320neo və A321neo həm karbon emissiyalarını, həm də səs-küy səviyyəsini əhəmiyyətli dərəcədə azaldır. Bu xüsusiyyətlər onları dayanıqlı inkişafa sadiq aviaşirkətlər üçün cəlbedici edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Bu gün Biləcəri stansiyasından Ermənistana qatar yola düşəcək

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Yevlaxda mikroavtobus aşdı: 20-yə yaxın XƏSARƏT ALAN VAR

Arzu Əliyevadan paylaşım - FOTO

Arzu Əliyevadan paylaşım - FOTO

Azərbaycanı işıqlı gələcəyə aparan İNKİŞAF MODELİ – Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

Azərbaycanı işıqlı gələcəyə aparan İNKİŞAF MODELİ – Heydər Əliyevin dövlətçilik fəlsəfəsi

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

"Neftçi" bu gün "Şamaxı"nı sınağa çəkəcək

Samir Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

Samir Nuriyev: “İşğaldan azad edilmiş ərazilərdə 85 minə yaxın insan yaşayır"

Messi MLS-in tarixinə düşdü - VİDEO

Messi MLS-in tarixinə düşdü - VİDEO

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Heydər Əliyevlə bağlı VİDEOÇARX

Mehriban Əliyeva: “Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” - FOTO

Mehriban Əliyeva: “Dahi şəxsiyyətin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” - FOTO

Ağdamda ağır qəza: 4 ölü, 3 yaralı var

Ağdamda ağır qəza: 4 ölü, 3 yaralı var

İlham Əliyev: “Bugünkü Azərbaycan Onun əsəridir” - FOTO

İlham Əliyev: “Bugünkü Azərbaycan Onun əsəridir” - FOTO

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

Gündüz yatmağı sevənlər, bu xəbər SİZİN üçündür...

Gündüz yatmağı sevənlər, bu xəbər SİZİN üçündür...

Bugünədək Livanda öldürülənlərin SAYI

Bugünədək Livanda öldürülənlərin SAYI

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Yeni veliosped və skuter zolaqları birləşdirilir - VİDEO

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

Evinizdə bu əşyalar varsa, MİLYONÇU ola bilərsiniz

“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Mayın "təhlükəli" tarixləri açıqlandı

Mayın "təhlükəli" tarixləri açıqlandı

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Putin Ermənistan barədə: faydalı "boşanma" yolu ilə gedəcəyik

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

Putin Rusiyanın mühüm tərəfdaşının adını AÇIQLAYIB

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

Zeynəb Bastık Parisdə evlilik təklifi aldı - FOTO

End of content

No more pages to load

RADİO