Sumqayıtda 70 min abonentə qaz verilişi sabah 09:30-dan dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azəriqaz" yayıb.
Mənbə bildirib ki, bu, Qurddərəsi və Dənizkənarı kimi tanınan ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası ilə əlaqədardır.
Məhdudiyyət işlər yekunlaşanadək qüvvədə olacaq, lakin dəqiq vaxt bildirilmir.
Bizim.Media