Üç əsrə yaxın hökm sürmüş İlisu sultanlığın silinməyən İZLƏRİ – REPORTAJ/FOTO

Qaxın İlisu kəndi özünün flora və faunası kimi tarixi-memarlıq abidələri ilә də zәngindir. Tarixin ayrı-ayrı dövrlərinin memarlıq xüsusiyyətlərini әks etdirәn abidәlәrin bir qismi müasir dövrümüzә qәdәr qorunub saxlansa da, onların böyük bir hissәsi müharibәlәr vә tәbii aşınmalar nәticәsindә dağılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tarixi irsi qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək məqsədi ilə artıq 20 ilə yaxındır ki, “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğu” fəaliyyət göstərir.

Kürmük çayın üzərindəki körpüyə çatıb tarixi Ulu körpünü görəndə sanki hər şey dəyişir. Qarşında başqa bir mənzərə, başqa bir mühit peydə olur, hava səni özünə cəlb edir. Hər tərəfi uca sıldırım qaya və dağlarla əhatə olunan İlisu kəndi görünməyə başlayır. Bu qədim yaşayış məntəqəsi Azərbaycanın eləcə də Cənubi Qafqazın tarixində bir sıra xüsusiyyətləri ilə seçilir. 


Xüsusən, Ulu körpü İlisuya gedən yeganə yol kimi tarixin bütün dövrlərinə şahidlik edib. 

Çünki 3 əsrə yaxın müstəqil sultanlıq kimi fəaliyyət göstərən İlisu kəndinə və yaşayış məntəqələrinə giriş buradan - Ulu körpüdən başlayıb. Bu tarixi abidə keçmişin silinməz yaddaşı və rəmzidir. Sultanlıq hakimiyyəti dövründə yadellilər burada qarşılanıb və geri otuzdurulub. 

Hazırda İlisu Tarix-Mədəniyyət Qoruğu 200 kvadrat kilometr ərazini əhatə edir. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndində 13-ə yaxın memarlıq abidəsi var. Onların bir qismi hələ sovetlər dövründə məhv edilib və ya aşınmalar nəticəsində dağılıb. 

Qoruğun bələdçisi Bədurə Əfəndiyevanın sözlərinə görə, kənd əhalisi özünəməxsus dil-dialekti, adət-ənənəsi baxımından rəngarəng nümunələri bu gün də qoruyub saxlayır. Digər tərəfdən kəndin dünyaya səpələnmiş alimləri, ictimai-siyası xadimləri , mədəniyyət və din xadimləri onun tanınmasında xüsusi rol oynayıb.


Bədurə Əfəndiyevanın sözlərinə görə, bu abidələrdən 2-si ölkə, 11-i isə yerli əhəmiyyətlidir. 2 ölkə əhəmiyyətli abidədən biri də 17-əsrin sonu 18-ci əsrin əvvələllərində İlisu sultanlığı dövründə tikilmiş Ulu məsciddir. Ulu məscidin arxasında da ruhanilərin qəbrləri var. Onlardan biri Rəsul, digəri isə Səid əfəndinindir.

Bundan başqa İlisunun Tövlətala məhəlləsində bir neçə sultanın qəbri yerləşir. 

Onlardan biri də Əli sultanın məzarıdır. Son sultan 1844-cü ildə ruslara qarşı döyüşüb, Şeyx Şamil hərəkatına qoşulmuş Daniyal sultandır. Daniyal sultan Şeyx Şamil hərəkatına qoşulandan sonra oradan İstanbula köçüb və Karacaəhməd məzarlığında dəfn olunub.

Qoruğun direktoru Azər Qocayev bildirir ki, burada hər daşın, hər dalanın bir tarixi rəvayətinə rast gəlmək mümkündür. 


“İlisuda qədim məhəllələrdən biri yəni qədim evlərin ən çox üstünlük təşkil etdiyi məhələ Qaradolaq məhəlləsidir. Bu məhəllədə evlərin əksəriyyətinin yaşı 150-dən çoxdur. Hər bir evin qapısının qarşısında ərəb dilində bu binanın tikilmə tarixi və buna sərəncam vermiş ev sahibinin adı, eyni zamanda ustaların adları qeyd olunur”- deyən, qoruq direktoru onu da əlavə edir ki, bu günümüzə qədər gəlib çıxmış Sumuq qala, Ulu körpü, Ulu məscid, Qalaça, Qala kompleksi, Çinli qala vә epiqrafik abidələr İlisunun qəhrəmanlıq tarixinin şanlı sәhifәlәridir.

Bu abidələr kəndin ümumi monumentallığı vә bәdii-memarlıq dəyəri ilә seçilir. Onlar sıravi tikililәrlә, təbii landşaftla, kəndin ümumi quruluşu ilә kompozisiya baxımından sıx bağlıdır, buna görә dә onlar birlikdə bədii vəhdət yaradır.














Tural Rasim oğlu, Bizim.Media, Şimal bürosu 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi - VİDEO

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

İlham Əliyevdən Fitsoya: “Tezliklə sizi Bakıda gözləyirəm” - FOTO

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşüb

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

Rusiyalı jurnalist itkin düşən hərbçinin anasını “ikiqat bayram” münasibətilə təbrik etdi - VİDEO

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

Qarabağ Universitetində fləş-mob - FOTO/VİDEO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İsrail İraq səhrasında İrana qarşı gizli hərbi baza yaradıb? - FOTO

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

İrandan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Qordon: “Azərbaycan ədaləti bərpa etdi və özünə məxsus olanı geri qaytardı” - VİDEO

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Paşinyandan yeni VİDEO: “Seçici yatır, amma kampaniya davam edir”

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Macarıstanın yeni səhiyyə naziri məşhur rəqsini təkrarladı - VİDEO

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Rubio və Uitkoff Qətər Baş naziri ilə görüşdü

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Çin beşinci nəsil J-35AE qırıcısını dünya bazarına çıxarır - FOTO

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Qax sakini Rusiya-Ukrayna münaqişəsində HƏLAK OLDU

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Nasistlər Krivoy Roqda insanları öz məzarlarını qazmağa məcbur edirmiş - ARXİV - FOTO

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

UFC: Şon Striklend dünya çempionu oldu - VİDEO

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır

İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi - Prezident Administrasiyasının rəhbəri

İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi - Prezident Administrasiyasının rəhbəri

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

End of content

No more pages to load

RADİO