“Bu gündən yeni 150 nömrəli marşrut (Koroğlu NMM - Bilgəh qəs), şəhərdaxili isə 60 nömrəli marşrut xətti (Korğlu NMM -Polad Həşimov küç.) üzrə yeni avtobuslar xəttə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
“Avtobus parkının yenilənməsi istiqamətində bundan sonra da davamlı tədbirlər icra ediləcək”, - deyə məlumatda qeyd olunub.



Bizim.Media